Deputatlığa namizədlərin sayı 1396 nəfərə çatıb
Tarix: 15-01-2020 17:45
Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 1396 nəfər qeydə alınıb.
Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında məlumat verib.
MSK sədri diqqətə çatdırıb ki, növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 namizəd müraciət edib.
M.Pənahov hələlik 1396 nəfərin namizədliyinin qeydə alındığnı diqqətə çatıdırıb.
Seçilmişlər
Ən çox oxunanlar