Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

"Rəfael Cəbrayılovun “moşennik” olduğunu il yarım əvvəl..." - Deputata şok ittiham

Tarix: 27-09-2019 12:36   
"Rəfael Cəbrayılovun “moşennik” olduğunu il yarım əvvəl..."
Azərbaycanda məmur-vətəndaş münasibətlərinin normal olduğunu söyləmək o qədər də səmimi alınmaz. Biri-iki qurum rəhbərini istisna etməklə, məmurlarımızla vətəndaşlar arasında böyük bir baryer var. Baxmayaraq ki, dövlət başçısı dəfələrlə bəyan edib ki, səlahiyyət çərçivəsindən asılı olmayaraq, bütün məmurlar xalqın xidmədçisidir.

Dövlət başçısı vətəndaşların rifahını yaxşılaşdırmaq üçün davamlı islahatlar həyata keçirsə də, bu axara düşə bilməyən və ya bu inkişafda maraqlı olmayan bəzi səlahiyyət sahibləri, ümumi işə təsir edirlər. Bu baxımdan, cəmiyyətin müəyyən hissəsində formalaşan narazılığın episentri məhz sözügedən məmurlardır... Prezident keçirdiyi müşavirələrdə, dəfələrlə bu tip məmurları sərt tənqid edərək, dövlətin yürütdüyü uğurlu siyasətin mərkəzində xalqın dayandığını xüsusi olaraq vurğulayıb.

Görəsən, məmurların yürütdüyü siyasətin mərkəzində hansı amil dayanır?

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev məsələ ilə bağlı Redaktor.az-a danışıb.

H. Hacıyev hesab edir ki, məmur özbaşınalıqlarına xalq artıq dözə bilmir: “Çox təcili şəkildə tədbir görülməsə, biz ciddi fəsadların şahidi olacağıq. Məmur özbaşınalıqları xalqda ikrah hissini bir az da artırıb. Bu şəxslər cəzalandırılmalı və həbs edilməlidir. Bu şəxslərin əlində olan milyardlar, Azərbaycan dövlətinin əleyhinə işlənir. Ona görə də, öz əməllərinin yaddan çıxması üçün ölkəni qarışdırmaq istəyirlər.
Qanunsuz əməlləri olan deputatların mandatları əlindən alınmalıdır. Elə götürək Rəfael Cəbrayılovu... Bu insan həbs edilməlidir. Heç onun adı siyahıda da olmayıb. Bu gün o deputatlıq statutusundan istifadə edib, Azərbaycan xalqını aldatmaqla məşğuldur. O, eyni zamanda Azərbaycan parlamentinin deputatlıq mandatına da hörmətsizlik edir. Bu insanlar Azərbaycan xalqına baş qaxıncıdır”.

H. Hacıyev vurğulayıb ki, il yarım əvvəl Rəfael Cəbrayılovun “moşennik” olduğunu göstərib:

“Dəfələrlə bu məsələni gündəmə gətirdim. Rəfael Cəbrayılov hüquq Komitəsinin üzvü olsa da, ora yaraşmayan işlərlə məşğuldur. Onun arxasında kim durursa, deputat ona güvənib. Azərbaycan xalqını dövlət başçısından narazı salırlar. Təkcə R. Cəbrayılov deyil. Bir neçə yüksək ranqlı məmurlar belədir. Onların əksəriyyəti xalqın heysiyyatı ilə oynayırlar. Azərbaycan xalqını qıcıqlandırırlar. Azərbaycan hakimiyyətinə müxalif olan qüvvələrin edə bilmədiklərini, hakimiyyətin daxilində olan bu cür ünsürlər edir. Mən hələ bu günə qədər dünyada deputat vəsiqəsinin girov qoyulması halına rast gəlməmişdim. Artıq bunun da nümunəsi Azərbaycanda var. Bunu Rəfael Cəbrayılov kimi “dələduz”lar etdi. Hansı ki, il yarım əvvəl etdiklərinə görə R. Cəbrayılov həbs edilməli idi. Bu insanlar Azərbaycan dövlət başçısına qarşı qurulmuş dəstədir. Təcili şəkildə Milli Məclis buraxılmalıdır. Azərbaycan xalqı öz iradəsinə uyğun, özünə layiq bildiyi insanları deputat seçməlidir. Tək deputatlar deyil ki, nazirlərimiz, icra rəhbərlərimiz bu cürdür”.



H. Hacıyev bundan öncə millət vəkili İqbal Məmmədovla bağlı olan məsələni də xatırladıb:

“Bu xəbərlər Azərbaycan xalqında məyusluq, dövlətə qarşı kin-küdurət yaratdı. Bunların arxasında duran insanlar düşünməlidir ki, etdikləri, ictimaiyyətə birinci şəxsə qarşı mənfi münasibət formalaşdırır. Bu gün hakimiyyət daxilində bir çoxları çalışır ki, ölkədə qarışıqlıq yaransın. Hansı ki, özünü müxalifət adlandıran Əli Kərimli ilə hakimiyyət daxilində bəzi şəxslərin çox gizli görüşləri olub. Hamısının faktlarla sübutu var. O cümlədən Azərbaycana qarşı xaricdə söyüş kampaniyası aparanlara pul verən də hakimiyyətin daxilində olan bəzi şəxslərdir”.

H. Hacıyev qeyd edib ki, deputatların toxunulmazlıq hüququndan məhrum edilməsi ilə bağlı məsələyə Milli Məclisdə baxılmalıdır:

“Qanunsuz əməlləri ortaya çıxan, bu cür əməllərlə məşqul olan deputatlar çox ciddi şəkildə cəzalandırılmalı və deputat mandatından məhrum edilməlidir. Deputatlar toxunulmazlıq hüququndan istifadə edib, qanunsuz əməllər törədirlər. Parlament buraxılmalı və yenidən seçkilərin keçirilməsi üçün qərar verilməlidir”.

Məsələ ilə bağlı Azərbaycan Jurnalistlər Birliyinin (AJB) sədri Elçin Şıxlı da saytımıza danışıb.



E. Şıxlı hesab edir ki, ölkədə vətəndaş fəallığı olmadığı üçün bu cür hadisələr yaşanır:

“Deputatların geriyə çağırılmaması məsələsi də bundan qaynaqlanır. Hüquqi şəkildə prosedur belədir. Həmin deputatların seçiciləri bir araya gəlirlər. Müəyyən hədd var, seçicilərin üçdə iki hissəsi deputatın işindən narazı olduğu üçün imza toplayaraq, bu şəkildə məktubla parlamentə müraciət edə bilərlər. Bu zaman deyirlər ki, "biz bu deputatın işini bəyənmirik və xahişedirik onu geri çağırın". Bu cür prosedurlardan bizim vətəndaşlar istifadə etmirlər. Hamı gözləyir ki, ya prezident ya da Milli Məclis həmin deputatın mandatını əlindən alsın. Milli Məclis bunu edə bilər. Amma burada əsas söz sahibi vətəndaşlardır. Vətəndaşlar yığılıb hüquqi şəkildə imzaları toplasa, həmin deputatın seçildiyi seçki dairəsinin nümayəndələri, seçicilər deputatın geri çağırılmasına nail ola bilər. Bununla da məsələ həll olunar. Bizdə vətəndaş fəallığı yoxdur, vətəndaş şüuru çox aşağı səviyyədədir. Ona görə də belə hadisələr baş verir”.


E. Şıxlı Azərbaycanda deputatların toxunulmazlıq hüququndan məhrum edilməsi ilə bağlı məsələyə də toxunub:

“Ukraynada deputatların toxunulmazlığının əlindən alınması ilə bağlı məsələ bir müddət öncə KİV-də yayılmışdı. Bu ölkədə siyasi vəziyyət tamamilə başqadır. Oranın gerçəklikləri də başqadır. Ukrayada prezident mütləq hakim deyil. Ona görə parlamenti nəzarətində saxlamaq və deputatları müəyyən mənada qorxutmaq üçün bu prosedur Ukraynada yer tapır. Amma burada məsələ başqadır. Deputatı xalq bəyənmirsə, buna öz etirazını hüquqi və rəsmi şəkildə bildirməlidir. Amma bizim gerçəklikləri nəzərə alsaq, deputatın səlahiyyətləri əlindən alınsa da, alınmasa da heç bir fərq eləmir”.

E. Şıxlı hesab edir ki, deputatların əksəriyyətinin əməli normal deyil:

“Amma fərdi şəkildə deyil, bu, ümumi mühitdən asılıdır. Mühit elədir ki, 2-3 deputatın bəxti gətirmir. Onların etdiyi qanunsuzluqlar ictimailəşir. Ancaq axtarsanız, deputatların böyük əksəriyyətinin belə qanunsuz əməlləri var. Sadəcə olaraq, burada “əl əli yuyur, əl də üzü...”. Bizdə bu prinsip işləyir. Cəmiyyətimizdə ümumi bu prinsip işləyir. Buna görə də deputatların əlindən toxunulmazlıq hüququ alınsa belə, fərq etməyəcək”.