Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

COVID - 19: ƏVVƏLİ VƏ SONU – (Araz Şəhrili yazır)

Tarix: 15-04-2020 10:59   
COVID - 19: ƏVVƏLİ VƏ SONU –
Yəməndə, Əfqanıstanda, Suriyada körpələrin acından ölməsinə, yüz minlərlə insanın bombalar altında can verməsinə biganə qalan dünya avropalı qocaların koronavirus əzablarına dözə bilmir


Bu gün hamını ən çox düşündürən sual: COVID–19 bəlası nə vaxt bitəcək? Cavab qeyri-müəyyəndir. Əslində, hər hansı bir problemin kökünü, mənşəyini bilmədən onun həlli yolunu tapmaq kifayət qədər müşkül məsələdir. Birinci yazımızda (http://birlik.az/index.php?do=xeber&id=38167&fbclid=IwAR3uOkVQ7WoHoKCI-gaWi00VHGoUHfj576AGd-BO1tfCkjSQqpyqTCb1PI8 ) qeyd etdik ki, COVID - 19-un ortaya çıxıb yayılmasını izah edən 9 fərziyyə mövcuddur. Həmin fərziyyələri ümumiləşdirərək bir daha oxucunun nəzərinə çatdırırıq:

- koronavirus təsadüf nəticəsində yayılmışdır;

- COVID - 19 qlobal miqyasda həyata keçirilmiş terror aktıdır.



Bu xəstəliyin ən maraqlı cəhəti onun müxtəlif ölkələrdə fərqli göstəricilər nümayiş etdirməsidir. Qərbi Avropada, İranda, ABŞ-da və Çində ölüm sayı və faizi çox yüksək olduğu halda, Şərqi Avropa ölkələrində, keçmiş SSRİ respublikalarında, Orta və Uzaq Şərqdə, Afrikada, Avstraliyada, Latın Amerikasında ölüm sayı və faizi çox aşağıdır. Bu vəziyyət düşündürücüdür və müəyyən suallar yaradır.





Ölkə

Xəstə sayı

Ölüm sayı

Ölüm faizi

1.

ABŞ

560.433

22.115

3,9

2.

İtaliya

156.363

19.899

12,7

3.

İspaniya

169.496

17.489

10,3

4.

Fransa

132.591

14.393

10,9

5.

Böyük Britaniya

84.279

10.612

12,6

6.

İran

73.303

4.585

6,3

7.

Belçika

30.589

3.903

12,8

8.

Çin

82.160

3.341

4,1

9.

Almaniya

127.854

3.022

2,4

10.

Niderland

26.551

2.823

10,6

11.

Braziliya

22.318

1.241

5,6

12.

Türkiyə

56.956

1.198

2,1

13.

İsveç

10.948

919

8,4


Ümumi

1.533.841

105.540

6,9



Bu ölkələrdən şərqdə və cənubda yerləşən dövlətlərin heç birində COVID - 19 belə ağır nəticələrə gətirib çıxarmamışdır. Nümunə üçün keçmiş SSRİ respublikalarının göstəricilərinə nəzər salaq:





Ölkə

Xəstə sayı

Ölüm sayı

Ölüm faizi

1.

Rusiya

18.328

148

0,8

2.

Ukrayna

3.102

93

3

3.

Belarus

2.919

29

1

4.

Qazaxıstan

979

12

1,2

5.

Özbəkistan

896

4

0,4

6.

Qırğızıstan

419

5

1,2

7.

Azərbaycan

1.098

11

1

8.

Gürcüstan

266

3

1,1

9.

Ermənistan

1.039

14

1,3

10.

Litva

1.062

24

2,3

11.

Latviya

655

5

0,8

12.

Estoniya

1.332

27

2

13.

Moldova

1.662

35

2,1



Ümumi

33.757

410

1,2


Şərqi Avropa, Afrika, Orta Şərq, Uzaq Şərq ölkələrində də, İranı və Çini çıxmaq şərti ilə, situasiya eynidir. Əvvəlcə Şərqi Avropa ölkələrinin statistikasına baxaq:




Ölkə

Xəstə sayı

Ölüm sayı

Ölüm faizi

1.

Polşa

6.674

232

3,5

2.

Rumıniya

6.633

318

4,8

3.

Çexiya

5.991

139

2,3

4.

Serbiya

3.630

80

2,2

5.

Finlandiya

3.064

59

1,9

6.

Yunanıstan

2.114

98

4,6

7.

Xorvatıstan

1.650

25

1,5

8.

Macarıstan

1.458

109

7,5

9.

Sloveniya

1.212

55

4,5

10.

Bosniya və Herseqovina

1.030

39

3,8

11.

Bolqarıstan

676

31

4,6

12.

Monteneqro

273

3

1,1

13.

Şimali Makedoniya

854

38

4,4

14.

Kipr

633

11

1,7

15.

Albaniya

467

23

4,9













Ümumi

36.359

1.260

3,5



Yaxın Şərqin bir neçə ölkəsinin göstəricisi:





Ölkə

Xəstə sayı

Ölüm sayı

Ölüm faizi

1.

Səudiyyə Ərəbistanı

4.934

65

1,3

2.

Birləşmiş Ərəb Əmirlikləri

4.123

22

0,5

3.

Küveyt

1.300

2

0,2

4.

Qətər

3.281

7

0,2

5.

Bəhreyn

1.348

6

0,4

6.

İordaniya

389

7

1,8

7.

Oman

727

4

0,6

8.

Fələstin

290

2

0,7

9.

Livan

632

20

3,2

10.

İraq

1.352

76

5,6

11.

İsrail

11.235

110

1




Ümumi

29.611

321

1,9


Çinlə həmsərhəd olan ölkələr üzrə vəziyyət:




Ölkə

Xəstə sayı

Ölüm sayı

Ölüm faizi

1.

Monqolustan

17

0

0

2.

Vyetnam

265

0

0

3.

Nepal

14

0

0

4.

Laos

19

0

0

5.

Myanma

41

4

9,7

6.

Butan

5

0

0

7.

Hindistan

9.240

331

3,6

8.

Pakistan

5.374

94

1,7


Ümumi

14.975

429

2,9



Zənnimizcə, ümumi mənzərə üçün bu cədvəllər yetərlidir. Göründüyü kimi, əsas zərbə Qərbi Avropa ölkələrinə və ABŞ-a dəymiş, ən çox insan məhz bu dövlətlərdə vəfat etmişdir. Lakin hələ nəticə çıxarmağa tələsməyək və əvvələ – epidemiyanın başladığı dövrə qayıdaq. Lap əvvəldə COVID - 19-un üç əsas ocağı olmuşdur: Çinin Uhan şəhəri, İranın Qum şəhəri, İtaliyanın Lombardiya vilayəti. Tədqiqata başlayan təhlilçi bu ərazilər arasındakı bənzərlikləri müəyyənləşdirməli və onların vasitəsilə araşdırmanı davam etdirməlidir. Amma bu, standart yanaşmadır. Bir məsələni də qeyd edək ki, sözügedən məntəqələr arasında oxşarlıqlar həqiqətən də mövcuddur. Məsələn, Lombardiya İtaliyanın şimalında yerləşir. Şimal isə İtaliyanın sənaye mərkəzidir. Qum İranın ikinci müqəddəs şəhəri hesab edilir. Uhan şəhəri də Çin üçün müəyyən əhəmiyyətə malikdir. Hər halda, VII Ümumdünya hərbi oyunları 2019-cu il oktyabr ayının 18-dən 28-dək məhz bu şəhərdə keçirilmişdir.

Mövcud situasiyada isə biz bənzərlikləri deyil, fərqli cəhətləri axtarmalıyıq... Ən böyük fərq isə odur ki, Uhan və Qum tonqalları nəinki ətraf ölkələrə, hətta Çinin və İranın digər vilayətlərinə belə əhəmiyyətli təsir göstərə bilmədikləri halda, Lombardiyadan başlanan alov bu gün bütün Qərbi Avropanı yandırmaqdadır. Gəldiyimiz nəticə bundan ibarətdir ki, COVID - 19 epidemiyası Uhanda və Qumda lokal xarakter daşımış, Lombardiyada isə böyük yanğının, sadəcə, başlanğıcı olmuşdur. Əgər bu, bioloji hücumdursa, deməli, Uhan və Qum əməliyyatlarının məqsədi terror aktını pərdələmək, diqqəti əsl hədəfdən yayındırmaq idi. Belə isə zərbəni kim vurmuşdur? Bu sualın cavabını tapmaq üçün başqa bir suala cavab vermək lazımdır: sözügedən məsələ kimin xeyrinədir? Hələ ki ən ağır itkiləri Qərbi Avropa ölkələri verir. Keçmiş sovet respublikalarında isə əksinə, ölüm faizi çox aşağıdır. Lakin yenə də nəticə çıxarmağa tələsməyək. Əvvəla, ilk baxışdan ziddiyyətli görünən bu vəziyyətin aydın və məntiqli izahı ola bilər. Yeri gəlmişkən, birinci yazımızda bununla bağlı mövcud olan ehtimalların əksəriyyətini qeyd etmişdik. Həmin fərziyyələrdən bir neçəsini yenidən nəzərdən keçirək:



- Qərbin iqtisadi sanksiyalarına və neft qiymətlərinin süni şəkildə aşağı salınmasına Rusiya Federasiyasının cavab aksiyasıdır;



- “koronavirus epidemiyası” ABŞ-ın dünya iqtisadiyyatına təsir göstərmək məqsədilə apardığı bioloji müharibədir;



- bəşəriyyətin total nəzarət altına salınması və idarə olunması üzrə ssenarinin növbəti və mühüm mərhələsidir.

Birinci fərziyyə əsaslı görünə bilər. Həqiqətən də, SSRİ kimi nəhəng və qüdrətli bir imperiyanın varisi olan Rusiyanın belə bir hücumu həyata keçirmək üçün imkanı və potensialı yetərincədir. Digər tərəfdən, son dövrlərdə çox pis vəziyyətə düşmüş, ardı-arası kəsilməyən sanksiyalara hədəf olmuş, lakin bütün bunlara baxmayaraq iddialarından da əl çəkə bilməyən Rusiyanın vaxt qazanmaq və yeni şərait yaratmaq üçün hansısa başqa yolu qalmışdırmı? Bu fikrə əks olan dəlil isə belədir: Qərbin əməliyyat şəraitinə fasiləsiz və səmərəli nəzarəti təmin edən qüvvə və vasitələrə, tədbirlər sisteminə malik olan xüsusi xidmət və hüquq-mühafizə orqanlarının müdafiə xəttini yarmaq mümkündürmü? Cavab: məqsədyönlülük, qətiyyət, peşəkarlıq və maliyyə imkanları olarsa, əlbəttə, mümkündür. Lakin elə həmin keyfiyyətlər Qərbin müvafiq strukturları və onların əməkdaşları üçün də xarakterikdir.

Zənnimizcə, ikinci fərziyyə digərlərinə nisbətən daha zəifdir. Bu səbəbdən onun üzərində dayanmadan keçək üçüncu fərziyyəyə və bəri başdan vurğulayaq ki, sui-qəsd nəzəriyyəçilərinin irəli sürdüyü bu ehtimalda ön plana hansısa gizli və qüdrətli bir təşkilat, eləcə də Qərb ölkələri çəkilmişdir. Bugün dünyanın siyasi, iqtisadi və mədəni həyatında Qərbin təsiri ölçüyəgəlməzdir. Yüksək texnologiyalar onun əlindədir. Dünyanın maliyyə mərkəzlərinin əksəriyyəti ABŞ-ın və onun müttəfiqlərinin nəzarəti altındadır. Müasir demokratiyanın da əsas ocağı ictimai fikrin kifayət qədər güclü olduğu Qərbi Avropa və ABŞ-dır. Bax, bu zaman çox maraqlı bir situasiya yaranır. Dünyanın digər dövlətləri Qərbin liderləri, həmin liderlər isə öz vətəndaşları ilə hesablaşmağa məcburdurlar. Deməli, dünyada sistemli bir dəyişiklik aparmaq istəyən qüvvə əsas təsiri məhz amerikalının və avropalının şüuruna yönəltməlidir. Sonda qeyd edək ki, üçüncü fərziyyə də kifayət qədər əsaslı deyildir və müəyyən mənada məntiqə də ziddir.

Haşiyə: Yəməndə, Əfqanıstanda, Suriyada körpələrin acından ölməsinə, yüz minlərlə insanın bombalar altında can verməsinə biganə qalan dünya avropalı qocaların koronavirus əzablarına dözə bilmir. Əslində, qüsurlu bir müqayisənin ifadəsi olan bu fikir həm də kifayət qədər mübahisəlidir. Dünya birliyinin bəşəri problemlərə ikili münasibətindən giley-güzarlıq edənlər unudurlar ki, bu dünyada əsas söz sahibləri məhz Qərb ölkələridir. İstər ayrıca bir fərdi, istərsə də hər hansı cəmiyyəti və dövləti isə narahat edən ilk növbədə onun öz problemi, öz dərd-səridir.

İstənilən halda aydındır ki, bu “əməliyyatın təşkilatçıları” (bir daha xatırladıram ki, sözügedən hadisəni birmənalı olaraq bioloji müharibə aktı hesab etmək üçün əlimizdə heç bir fakt yoxdur) koronavirusun bütün dünyaya yayılmasında maraqlı deyillər. Hədəf Qərbi Avropa və görünür ki, həm də ABŞ-dır. Bu tip viruslardan hücum aləti kimi istifadə edən qüvvə özünün, müttəfiqlərinin, yaxud məsələyə aidiyyəti olmayan başqa tərəflərin təhlükəsizliyini iki yolla təmin edə bilər. Bunlardan biri əvvəlcədən hazırlanmış və sınaqdan keçirilmiş müvafiq dərman preparatları, digəri isə...

İNSOLYASİYA

Üfüqi səthə düz düşən günəş radiasiyasının axını insolyasiya adlanır. Bu zaman günəş şüalarının düşdüyü bütün yerlərdə bakteriyalar və viruslar üçün olduqca əlverişsiz bir şərait yaranır. Çox güclü antiseptik olan günəşin şüaları qısa müddət ərzində olduqca böyük əraziləri dezinfeksiya edə bilir. Bununla da bir sıra xəstəliklərin “yoluxma zənciri” zəifləyir və qırılmağa başlayır.

Haşiyə: Avropa ölkələrində və Rusiyada dekabr ayında günəş şüalarının bir kvadratmetr sahəyə düşən miqdarı 0–1,64 kilovatt-saat, iyun ayında isə 4,9–7,41 kilovatt-saat arası olur. Günəş insolyasiyasının (işıqlanmanın) səviyyəsi regiondan asılı olaraq may ayından etibarən bəzən iki dəfə, bəzən isə dörd dəfə artır. Aprel ayının 21-dən sonra sözügedən ölkələrdə bir kvadratmetrə düşən günəş radiasiyasının miqdarı 4–5 kilovatt-saatı keçməlidir. Aprel ayının ikinci yarısından başlayaraq günəşin ultrabənövşəyi şüalarının indeksi də dördüncü dərəcəyə çatacaqdır.

Beləliklə, vurulacaq zərbənin lokallığını təmin etməyin digər yolu hücum vaxtının düzgün seçilməsidir. Əgər epidemiya Avropada 2020-ci ilin fevral ayının sonlarında deyil, 2019-cu ilin noyabr ayında başlasaydı, COVID–19, böyük ehtimalla, bu gün Şərqi Avropanı və Rusiyanı da cənginə alıb həmin ölkələrdə özünün pik həddinə çatmış olardı.

PROQNOZ

Qeyd olunanları nəzərə alaraq belə bir fikir irəli sürmək olar: aprelin 21-dən sonra koronavirus epidemiyası səngiməyə başlayacaq və ümid etmək olar ki, may-iyun aylarında bəşəriyyət bu bəladan xilas olacaqdır.

Əgər COVID–19 bioloji silahdırsa, bu proqnoz özünü mütləq doğruldacaqdır.

Araz ŞƏHRİLİ
(Birlik İnformasiya Mərkəzinin analitik şöbəsi)