Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Azərbaycana qarşı aparılan kampaniyaya - DTX-dən cavab

Tarix: 13-05-2019 16:04   
Azərbaycana qarşı aparılan kampaniyaya - DTX-dən cavab
Dövlət Təhlükəsizlik Xidməti Avropa Liqasının Bakı keçiriləcək final oyunu ərəfəsində İngiltərə Xarici İşlər Nazirliyinin Azərbaycana gələn vətəndaşlarına təhlükəsizliklə bağlı xəbərdarlıq etməsinə münasibət bildirib.

DTX-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Arif Babayev bildirib ki, bu gün Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir:

"Müstəqil dövlətçiliyimizin qarantı prezident İlham Əliyevin rəhbərliyi ilə regionun lider dövləti olan Azərbaycan hərtərəfli dinamik inkişafı ilə seçilir, dünyada sabitlik və təhlükəsizlik məkanı kimi tanınır. Dövlətimizin başçısının rəhbərliyi altında müvafiq dövlət strukturlarının və hüquq-mühafizə orqanlarının birgə faəliyyəti, eləcə də önəmli ictimai dəstək nəticəsində respublikamızda dönməz sabitlik və təhlükəsizlik mövcuddur. Bu baxımdan, həmçinin, Azərbaycanın dünyada nüfuzunun artması və beynəlxalq təhlükəsizlik sisteminin fəal iştirakçısı olması nəticəsində bu gün ölkəmizə etibar edilir, geniş investsiya qoyulur, iri miqyaslı layihələr gerçəkləşdirilir. Azərbaycan yüksək təhlükəsizlik sisteminə malik dövlət kimi beynəlxalq təhlükəsizlik tədbirlərinin keçirilməsi sahəsində böyük təcrübəyə malikdir. Bundan əvvəl ölkəmizdə keçirilən bütün beynəlxalq miqyaslı tədbirlərdə çoxsaylı xarici qonaqların iştirak etməsi, Azərbaycana böyük turist axınının olması, onların komfort şəraitdə Azərbaycanın qədim və zəngin mədəniyyətləri ilə tanış olmaları üçün yaradılan hər tərəfli şərait və ən əsası, bir daha ölkəmizə qayıtmaq istəkləri Azərbaycanda mövcud olan qonaqpərvərliyin və yüksək təhlükəsizliyin təmin olunmasının açıq-aydın göstəricisidir. Əlbətt ki, bu, möhtərəm prezidentimizin həyata keçirdiyi və alternativi olmayan inkişaf, tərəqqi və təhlükəsiz siyasətinin parlaq nümunəsidir. Təhlükəsizliyin qorunması istiqamətində aidiyyatı dövlət və hüquq-mühafizə orqanları çox səmərəli fəaliyyət göstərirlər. Eyni zamanda, təhlükəsizliyin etibarlı təmin olunması üçün xarici dövlətlərin müvafiq strukturları ilə iki və çoxtərəfli formatda qarşılıq faydalı əməkdaşlıq edilir. Bir məqama diqqət yetirmək istərdim, hətta bu gün güclü təhlükəsizlik sisteminə malik ölkələrin tərəfdaş xüsusi xidmət orqanlarının təmsilçiləri özləri də görüşlərdə etiraf edirlər ki, Azərbaycanda mövcud olan sabitliyə və təhlükəsizliyə həsəd aparmaq olar. Çox qürur vericidir ki, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycanın nəinki regionda, ümumən dünyanın təhlükəsizlik sisteminin formalaşmasında böyük əməyi vardır. Hazırda Dövlət Təhlükəsizlik Xidməti tərəfindən digər hüquq-mühafizə orqanları ilə birgə Azərbaycanın milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri, qabaqlayıcı, preventiv tədbirlər həyata keçirilir, əməliyyat şəraitinə nəzarət olunur”.
qafqazinfo