Deputatlığa namizədə gənclərdən dəstək - "Yeni ideyalara, yeni nəfəsə səs verəcəyik"
Tarix: 28-01-2020 16:02
120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən deputatlığa namizəd Zaur Məmmədov Bakı şəhəri, 8-ci mkr., Şövkət Məmmədova küçəsində yerləşən məcburi köçkün şəhərciyində görüş keçirib.
Bu gün deputatlığa namizəd planlaşdırılmadan şəhərciyə gedərək çay evində köçkünləri ziyarət edib.
Zaur Məmmədov öncə seçki platforması, millət vəkili seçiləcəyi təqdirdə görəcəyi işlərdən danışıb. Namizəd deyib ki, hər şeydən öncə aktiv olmaq, seçkiyə gəlmək və verilən səsi qorumaq lazımdır.
Zaur Məmmədov məcburi köçkünlərin problemlərini araşdırdığını dilə gətirib və vurğulayıb ki, gənclərin işsizlik problemləri, sosial təminat, səhiyyə xidmətinin aşağı səviyyədə olduğunu bilir. O qeyd edib ki, deputat seçiləcəyi təqdirdə hər bir Cəbrayıl və Qubadlı sakininin Milli Məclisdəki səsi olacaq.
Görüş zaman köçkün gənclər işsizlik və mənzil problemlərindən danışıblar. Bildiriblər ki, şəhərcikdə yaşayan gənclərin xeyli hissəsi işsizdir, bəziləri isə daha az əməkhaqqına işləmək məcburiyyətindədir.
Zaur Məmmədov isə sonda qeyd edib ki, əgər ona etimad göstərib Milli Məclisə deputat seçərlərsə, səslənən bütün problemlərin həlli üçün əlindən gələni edəcək.
Gənclər yeni ideya və təklifləri ilə seçilən namizəd Zaur Məmmədovu dəstəkləyəcəklərini bəyan ediblər: "Yeni ideyalara, yeni nəfəsə səsə verəcəyik".
Seçilmişlər
Ən çox oxunanlar