Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
1-09-2025, 12:56

8-08-2025, 16:23

8-08-2025, 16:19

8-08-2025, 16:17

24-07-2025, 13:01

17-07-2025, 11:01

11-07-2025, 11:10

18-06-2025, 14:41

1-06-2025, 17:06

1-06-2025, 17:05

1-06-2025, 17:05

30-05-2025, 22:07

26-05-2025, 15:52

26-05-2025, 15:51

26-05-2025, 15:50

26-05-2025, 15:46

26-05-2025, 14:47

21-05-2025, 15:18

20-05-2025, 16:55

19-05-2025, 14:26

19-05-2025, 14:25

19-05-2025, 11:50

15-05-2025, 15:12

10-05-2025, 11:28

8-05-2025, 23:53

8-05-2025, 23:50

25-04-2025, 23:12

25-04-2025, 10:53

22-04-2025, 11:47

21-04-2025, 16:04

21-04-2025, 15:58

21-04-2025, 15:57

11-04-2025, 10:28

7-04-2025, 12:13

7-04-2025, 12:11

7-04-2025, 10:15

7-04-2025, 10:11

7-04-2025, 10:10

2-04-2025, 17:15

2-04-2025, 17:08

2-04-2025, 16:43

2-04-2025, 16:32

2-04-2025, 16:30

10-03-2025, 19:18

7-03-2025, 16:33

7-03-2025, 16:32

7-03-2025, 16:30

5-03-2025, 21:11

3-03-2025, 22:34

25-02-2025, 15:52

25-02-2025, 15:45

18-02-2025, 17:18

18-02-2025, 15:53

17-02-2025, 19:17

6-02-2025, 15:12

6-02-2025, 11:51

4-02-2025, 08:48

2-02-2025, 00:00

9-01-2025, 17:33

28-12-2024, 15:58

28-12-2024, 15:56

28-12-2024, 15:42

28-12-2024, 15:41

28-12-2024, 15:38

17-12-2024, 11:26

17-12-2024, 11:05

17-12-2024, 11:03

3-12-2024, 22:33

Elçin Quliyev 55 hərbiçini işdən qovdu

Tarix: 25-11-2019 19:31   
Elçin Quliyev 55 hərbiçini işdən qovdu
Noyabrın 25-də Dövlət Sərhəd Xidmətinin rəh­bərliyinin, DSX Sərhəd Nəzarətinin vəzifəli şəxslərinin və sərhəd nə­zarəti məntəqələrinin rəislərinin iştirakı ilə dövlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyətlə əlaqədar xidməti müşavirə keçiril­ib.

DSX-dan Günpress.az-a verilən məlumata görə, xidməti müşavirədə general-polkovnik Elçin Quliyev Azərbay­can Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Ko­man­danı İl­ham Əliyevin rəhbərliyi altında görülmüş işlər nəti­cəsində son illər ərzində xarici ölkələrlə so­sial-iqtisadi münasi­bətlərin inkişafı, qar­şılıqlı faydalı ticarət əlaqə­lə­rinin geniş­lən­di­rilməsi və ölkə­mizə turizm axının artması ilə əla­qə­dar dövlət sərhədindən buraxılış məntəqə­lərin­dən keçən şəxslərin və nəqliyyat vasitələrinin sayının ciddi artımı şə­rai­tində DSX-nin sər­həd nəzarətinin xidməti fəaliyyə­tinin daha da güc­ləndirilməsinin mü­hüm əhəmiyyət kəsb etməsini qeyd edib.

Dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyətinin statis­tik göstəricilərində müsbət dinamikanın müşahidə olunması, bu nai­liy­yətlərin əldə olunma­sında həyata keçirilmiş islahatların və struktur dəyişikliklərin mühüm rol oynaması vurğulanıb. Belə ki, cari ildə 15 milyon 612 min 117 şəxs (2018-ci il ilə nisbətdə 11% artım) və 1 milyon 960 min 403 nəqliyyat vasitəsi (2018-ci il ilə nisbətdə 12% artım) dövlət sərhədindən buraxılmış, saxta və özgə­sinə məxsus sənədlərlə dövlət sərhədindən keçməyə cəhd edən 505 nəfər, axtarışda olduğuna görə 4 min 458 nəfər sax­la­nılıb.

Azərbay­can Respublikasının Prezidenti İl­ham Əliye­vin tapşırıqları əsasında DSX əməkdaşlarının sosial-məişət və­ziy­­yə­tinin gücləndirilməsinin, şəxsi heyətin pul təminatının artırıl­ma­sının, sərhəd nəzarəti məntəqələrinin hərbi qulluqçuları üçün əlavə maliyyə və­saitlərinin ayrılmasının sərhədçilərin xidmətinə ən yük­sək sə­viy­yədə göstərilən ali diqqət və qayğının ifadəsi olması bil­dirilib.

Sərhəd nəzarəti məntəqələrinin fəaliyyətində əldə olunmuş nai­liyyətlərin qo­runub saxlanılmasının və daha da artırılmasının mü­hüm­lüyü xüsusi vurğulanıb.

Sərhəd nəzarətinin vəzifəli şəxslərinin məruzələri, o cüm­lədən dövlət sərhədindən keçən şəxslər və nəq­liy­yat vasitələri üzə­rində sərhəd nəzarətinin keçirilməsi müddətlərinin mak­simal azal­dıl­ması və sürətli keçidi­nin təmin olunması üzrə təklif­ləri dinlənilib, xid­məti fəaliyyətin təkmilləşdirilməsi məsələləri mü­za­kirə olun­ub.

Dövlət sərhədindən buraxılış məntəqələrində etik davranış qay­dalarının və vətəndaşların hü­quq­larının pozulması, onlara qarşı ko­budluq edilməsi, korrupsiya hallarına və xidməti pozuntulara qarşı ciddi mübarizə aparılması, təkcə cari il ərzində xidmətlərində yol ver­dikləri nöqsanlara görə 55 hərbi qulluqçunun sərhəd nəzarəti sahəsindən kənarlaşdırılması qeyd edilib.

Xidməti müşavirədə DSX-nin Sərhəd Nəzarətinin “Şıxlı” sərhəd nəzarəti məntəqəsinin rəisi, polkovnik-ley­tenant Gündüz Qafarov xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb.

Müşavirənin sonunda normativ-hüquqi aktların və rəh­bər sə­nədlərin tələb­lə­rinə riayət olunması, dövlət sərhədindən buraxılış mən­təqə­lərində xidmətə nəzarətin daha da gücləndirilməsi istiqa­mətində əlavə tap­şırıqlar verilib.