Ədliyyə naziri kadr dəyişikliyi edib - Təyinat
Tarix: 27-09-2019 23:45
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasına yeni rəis təyin olunub.
GÜNpress.az xəbər verir ki, bununla bağlı Ədliyyə naziri Fikrət Məmmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasına yeni rəis vəzifəsinə ədliyyə polkovnik-leytenantı Asif Quliyev təyin olunub.
Qeyd edək ki, o, bundan öncə məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində çalışıb.
Seçilmişlər
Ən çox oxunanlar