Bakı Şəhər İcra Hakimiyyəti mitinqə icazə vermədi - Foto
Tarix: 19-09-2019 16:57
Bakı Şəhər İcra Hakimiyyəti Müasir Müsavat Partiyasının (MMP) mitinqlə bağlı müraciətinə cavab verib.
Partiyanın mətbuat xidmətindən GÜNpress.az-a daxil olan məlumata görə, bu gün MMP-nin mərkəzi qərargahına Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qrurumlarla iş şöbəsinin müdiri Elmin İmanovun imzası ilə cavab məktubu daxil olub.
Cavab məktubunda bildirilib ki, hazırda mitinq keçirilməsi üçün uyğun məkan yoxdur.
Bundan əlavə, qeyd olunub ki, müraciət "Sərbəst toplaşmaq azadlıqı haqqında" Qanunun 5-ci maddəsinin ikinci hissəsinin tələblərinə cavab vermir. Bunu əsas gətirərək, Bakı Şəhər İcra Hakimiyyəti 22 sentyabrda keçirilməsi planlaşdırılan mitinqin keçirilməsini məqsədəuyğun hesab etməyib.
Seçilmişlər
Ən çox oxunanlar