Prokuror da daxil olmaqla 6 nəfərə general-mayor rütbəsi verildi - Sərəncam
Tarix: 24-06-2015 18:06
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Gunpress.az-ın məlumatına görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilsin:
polkovnik Axundzadə Yusif Yevgeniyeviç
polkovnik Eyyubov Teymur Tərlan oğlu
polkovnik Əliyev İkram Zülfü oğlu
polkovnik Hüseynov Zahid İbrahim oğlu
polkovnik Orucov Elman İzzət oğlu”.
***
Prezident digər sərəncamla Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroru Yaşar Əli oğlu Həsənova ədliyyə general-mayoru ali hərbi rütbəsini verib.
Seçilmişlər
Ən çox oxunanlar