Dövlət Vergi Xidmətindən sahibkarlara XƏBƏRDARLIQ
Tarix: 17-05-2022 15:17
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlara xəbərdarlıq edib.
GÜNpress.az-ın məlumatına görə, bildirilib ki, aprel ayı üzrə Gəlir vergisi (Xüsusi notariuslar üzrə), Gəlir vergisi (İdman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə), Əlavə dəyər vergisi, Aksiz vergisi, Yol vergisi, Mədən vergisi, Sadələşdirilmiş vergi (Daşınmaz əmlakın təqdim edilməsi üzrə) və Sadələşdirilmiş vergi (Pul vəsaitlərinin nağd qaydada çıxarılması üzrə) bəyannamələri mayın 20-dən gec olmayaraq təqdim edilməlidir.
Bəyannamələr vaxtında təqdim olunmadığı halda vergi ödəyicisinə münasibətdə (hər bir bəyannamə üzrə) 40 manat maliyyə sanksiyası tətbiq edilir.
Seçilmişlər
Ən çox oxunanlar