"Eko Rəsm Gündəliyi 2014" müsabiqəsinə start verildi
Tarix: 09-09-2014 19:02
Azərbaycanda məktəblilər arasında keçirilən "Eko Rəsm Gündəliyi 2014" beynəlxalq müsabiqəsinin milli mərhələsinə start verilib.
Sentyabrın 9-da Gəncədə Heydər Əliyev Mərkəzində yarışmanın elan olunması ilə bağlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Gəncə şəhər İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Sevda Qurbanəliyeva açaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın 2013-cü ildən bu müsabiqəyə qoşulduğunu, layihənin gənc nəsil arasında ekoloji mədəniyyətin təbliği, ətraf mühitə daha diqqətli və qayğıkeş münasibətin, təbiətin və insan sağlamlığının qorunması üzrə fəal vətəndaş mövqeyinin formalaşdırılması, ekoloji problemlərin həllinə yönələn fəaliyyətə uşaqların cəlb olunmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Geniş müzakirələr və diskussiya şəraitində keçən tədbirdə iştirakçıların sualları ətraflı cavablandırılıb.
Seçilmişlər
Ən çox oxunanlar