Prezident bu qanuna dəyişiklik etdi
Tarix: 23-11-2020 15:15
Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Milli Məclisin qəbul etdiyi qanunu təsdiqləyib.
GÜNpress.az xəbər verir ki, dəyişikliyə əsasən, Məcəllənin əmlakın siyahıya alınması ilə bağlı 89-cu maddəsinin 13-cü bəndinə əlavə edilib.
Bu əlavə markalanmış əmlaklarla yanaşı, məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış əmlakların da siyahıya alınması qaydasını müəyyən edir.
Seçilmişlər
Ən çox oxunanlar