“Qüdrət Həsənquliyevin fikirləri təhrif olunur” - BAXCP yetkilisindən reaksiya
Tarix: 16-05-2019 10:42
BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı özünün facebook səhifəsində son günlər BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevlə bağlı yayılan fikirlərə münasibət bildirib.
Orduxanlının sözlərinə görə, məqsədli şəkildə BAXCP sədrinin fikirlərini konteksdən çıxardıb, sosial şəbəkə və mətbuatda yayırlar:
"Zaman-zaman Əli Kərimlinin ətrafındakı küçüklər (türklər demiş cocuqlar) Qüdrət bəyin fikirlərini kontekstdən çıxararaq onu və digər millət vəkillərini təhqir edirlər. Bəzi qaşıqlar da Qüdrət bəyin dedikləri ilə tam tanış olmadan özlərini atıblar ortaya. Başlayıblar ki, Qüdrət bəy niyə deyib ki, xalqımız işğala son qoymaq üçün fədakarlıqlara və qəhrəmanlığa hazır deyil. Ləyaqətiniz varsa Qüdrət bəyin çıxışının tam mətnini dərc edin. İndi sizdən soruşuram: qəhrəmanlığa hazır olan xalqın torpağı 25 il işğal altında qalar?! Qüdrət bəy söyləyib ki, işğala görə başqalarını ittiham etməyə son qoymalıyıq. Hər kəs özündən başlamalıdır. Qəhrəmanlıq etmək istəyən xalq öz hökumətini də müharibəyə məcbur edər, yaxud müharibə istəyənlərdən hökumət formalaşdırar. Xalqımız bizim razı qalıb qalmamamızdan asılı olmayaraq iqtidarın sülh yolu ilə Qarabağ probleminin həlli siyasətini dəstəkləyir. Söhbət beş - on min müharibə tərəfdarından getmir. Ona görə "Qarabağa azadlıq" süarı ilə keçirilən son razılaşdırılmış mitinqə müxalifət partiyaları ilə yanaşı bəzi tanınmış iqtidar partiyası nümayəndələrinin də çağırış etməsinə baxmayaraq 3-5 mindən artıq adam gəlməmişdi. Onların da çoxu peşəkar səviyyədə siyasətlə məşğul olub hakimiyyətə gəlmək istəyən şəxslər idi. İqtidar da xalqın müharibə istəmədiyini, onun Qarabağ siyasətini dəstəklədiyini görüb risk etməyərək sonu görünməyən 25 illik danışıqlar siyasətini dəyişmir. Qüdrət bəy də deyir ki, Qarabağı azad etmək üçün sağlamlığı,fiziki hazırlığı olan, hərb sənətini sevən insanlardan peşəkar ordu qurmaq lazımdır.Xalqımızı boş - boşuna tərifləmək əvəzinə ona yüksək ali dəyərlər aşılamalı ,onu müharibəyə hazırlamalıyıq. Bəs, siz nə deyirsiniz?!”.
Seçilmişlər
Ən çox oxunanlar