Ramil Usubovdan “sosial şəbəkə” qadağası
Tarix: 26-12-2014 13:30
Daxili İşlər Nazirliyi polis əməkdaşlarına sosial şəbəkədən istifadə etməyi qadağan edib.
“Qafqazinfo”ya daxil olan məlumata görə, son zamanlar xidmətdə olan polis əməkdaşlarının sosial şəbəkələrdə paylaşımları ciddi narahatlıq doğurub. Polislərin bəziləri xidməti silahı ilə fotolarını yayıb. Bu da yeni qadağaya səbəb olub.
Sosial şəbəkədə silahla fotosunu yayan Qaradağ rayon polis idarəsinin bir əməkdaşı artıq işdən uzaqlaşdırılıb.
Daxili işlər naziri Ramil Usubov dünən məsələ ilə bağlı görüş keçirib. İclasda gənc polis əməkdaşları ilə yanaşı valideynləri də iştirak edib. Bu görüşdə nazirin “sosial şəbəkə qadağası” əməkdaşlara və valideynlərinə çatdırılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov “Qafqazinfo”nun məsələ ilə bağlı soruğusuna belə cavab verib: “Azərbaycan Respublikasının bütün vətəndaşları kimi, daxili işlər orqanlarının şəxsi heyəti də Konstitusiya ilə müəyyən olunmuş bütün hüquqlarından məhdudiyyətsiz istifadə edirlər”.
Seçilmişlər
Ən çox oxunanlar