Damla icra başçısının müavini ilə sevgilidir – “O qədər zəngindir ki...”
Müğənni Damlaya maddi dəstək verən şəxs Azərbaycanın qərb rayonlarından birinin icra strukturunda yüksək vəzifə tutur. Onun sabiq nazirlərdən birinin xalası nəvəsi olduğu haqda məlumatlar var.
Həmin məmurun adı və fotosu olsa da, etik səbəblərdən yayımlamırıq. Mənbə bildirir ki, həmin məmur çox zəngindir. Onun bölgələrdə, paytaxt Bakıda və xarici ölkələrdəki mal varlığı haqda da bəzi bilgilər var. Mənbənin iddiasına görə, adam o qədər zəngindir ki, 15-20 müğənni saxlamaq imkanlarına malikdir. Onun adı yerli mətbuatda demək olar ki, indiyədək hallanmayıb.
İddiaya görə, bu məmur adının hallana biləcəyindən çox ehtiyat edir. Ona görə də iz azdırmaq üçün Damlanın yanına Şəbnəmi də qoşaraq, onların sevgililərinin başqa adam(lar) olduğu haqda mediada yalan məlumat yaydırır. Və yalan xəbər sosial şəbəkələrə də ayaq açıb. Bu qadın müğənnilər də sanki bilincli şəkildə heç bir təkzib vermirlər. Çünki "sponsor” müəllim belə tələb edir.
Xatırladaq ki, Şəbnəm Tovuzlu bir neçə ildir ki, Hacı Rafiq kimi tanınan iş adamı ilə evli olduğunu deyir. Ərli qadın olduğunu deyən Şəbnəm, adı başqa bir kişiylə sevgili kimi hallansa da bundan rahatsız olub, təkzib yaymır.
Yeri gəlmişkən, özünə Tovuzlu ləqəbi götürmüş Şəbnəmin əslində Cəlilabaddan olduğu deyilir. Müğənninin yaxınlarının bildirdiyinə görə, onun atası Cəlilabad rayonundan, anası Tovuzun Qovlar qəsəbəsindəndir. Atası bunları tərk edib getdikdən sonra, anası yenidən Tovuza qayıdıb və başqa biriylə ailə qurduğu üçün Şəbnəm xalasının himayəsində böyüyüb.
Musavat.com