"Azərbaycan bu hadisəni izləyəcək və onu törədənlər cəzalandırılacaq" - XİN
Tarix: 24-09-2019 10:51
Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayıb.
GÜNpress.az xəbər verir ki, açıqlamada deyilir: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların hazırkı vəziyyətini müəyyən etmək üçün iki ölkənin Xarici İşlər nazirlərinin Nyu-Yorkda baş tutan görüşü yenidən təmas xəttində azərbaycanlı hərbi qulluqçunun qətlə yetirilməsi ilə yadda qaldı. Azərbaycan bütün vasitələrlə bu hadisəni izləyəcək və onu törədənlər cəzalandırılacaq.
Nazirlərin görüşünə gəldikdə isə ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə sülh gətirmək və bölgədə beynəlxalq norma və prinsiplərə, qaydalara hörmət edilməsi ilə bağlı səylərini genişləndirməli olduqları anlayışı ilə mövcud danışıqlar üzrə sadəcə fikir mübadiləsi aparılıb".
Seçilmişlər
Ən çox oxunanlar