"Bakı mənim məmnun qaldığım şəhərlər sırasındadır" - Zaxarova
Tarix: 05-06-2019 22:53
İdman tədbirlərinin siyasiləşdirilməsi BMT tərəfindən qəbul olunan qaydalarla, həmçinin ölkələrarası ikitərəfli və çoxtərəfli razılaşmalarla ziddiyyət təşkil edir.
Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə deyib.
Bakıda UEFA Avropa Liqasının mayın 29-da keçirilən final oyununun siyasiləşdirilməsi cəhdləri ilə bağlı sualı cavablandıran Rusiyanın XİN-in sözçüsü qeyd edib ki, idman birləşməyi təşviq edir, parçalanmağı yox.
"Yada salmaq lazımdır ki, antik dövrdən etibarən belə bir ənənə mövcuddur ki, münaqişələrin qarşısını almaq üçün müxtəlif idman yarışları təşkil olunur. Biz 21-ci əsrdə bu ənənəni yaşatmalıyıq. Mən böyük məmnuniyyətlə Bakıya səfər edir, nazirlik əməkdaşı kimi rəsmi və qeyri-rəsmi tədbirlərdə iştirak edirəm. Son 10 ildə Azərbaycan paytaxtında baş verən müsbət dəyişiklikləri qeyd edə bilərəm. Bakı mənim məmnun qaldığım şəhərlər sırasındadır", - deyə Zaxarova vurğulayıb.
Seçilmişlər
Ən çox oxunanlar