BEŞ YAŞLI SAYT
Tarix: 15-06-2020 09:53
Düz 5 il öncə, 2015-ci ilin bu günü Azərbaycan Kütləvi İnformasiya məkanına yeni bir sayt daxil oldu.
Bu Sayt elə ilk gündən Azərbaycanın ictimai-siyasi həyatında fəallığı ilə seçildi və cəmiyyətdə baş verən hadisələrə doğru münasibət bildirməyə başladı.
Haqqında ürəklə söhbət açdığım bu Sayt "Azerixalq.az" internet xəbər portalıdır və bu portal 5 il öncə fəaliyyətə necə başlamışdısa, bu gün də həmin mövqeyində uğurlu fəaliyyətini davam etdirir...
Hər gün yeniilənən "Azerixalq.az" internet xəbər portalı öz səhifələrində ölkə və dünya xəbərlərini, eləcə də cəmiyyətdə baş verən olayları operativ işıqlandırır, ayri-ayrı hadisələrə öz müstəqil münasibətini bildirir.
Bütün bunlar isə adı çəkilən Saytın Kütləvi İnformasiya Vasitləri arasında özünəməxsus mövqey tutmasına, cəmiyyət arasında kifayət qədər tanınmasına səbəb olmuşdur.
Təbii ki, "Azerixalq.az" xəbər portalının bu 5 illik fəaliyyəti dövründə gündəmdə qalması böyük zəhmət bahasına başa gəlib, hər saat yeniləşməsi diqqət və məsuliyyət tələb edib.
Bu diqqət və tələb isə "Azərixalq" qəzetinin Baş redaktoru və "Azerixalq.az" internet xəbər portalının rəhbəri, gözəl yazar, hadisələrə öz fərqli münasibəti ilə seçilən Rauf Adiloğlundan gəlmiş, onun tələbkarlığı sayəsində mümkün olmuşdur.
Öz səhifələrində həmişə Azərbaycan reallıqlarını işıqlandıran bu xəbər portalı bir dəfə də olsun
tutduğu prinsipial mövqedən geri cəkilməmiş, həqiqəti yazb işıqlandırmışdır.
Təsadüfi deyil ki, bu dəyişilməz mövqeyi "Azerixalq.az" internet xəbər portalını bu illər ərzində heç bir məhkəmə çəkişmələrinə aparıb çıxarmamış, adı Mətbuat Şurasının "Qara" siyahısına düşməmişdir.
Beş yaşlı saytın bu illər ərzində hər gün gündəmdə qalması, daim yenilənməsi, səifələrində müxtəlif səpgili mövzulara toxunması xeyli zəhmət tələb etsə də, bütün bu işləri kiçik bir kollektiv yerinə yetirir.
Özü-özünü maliyyələşdirən bu kiçik kollektivdəki işgüzar mühit, səmimiyyət və mehribançılıq da ümumi işin xeyrinə nəticələnir, sayt kollektivi arasında işgüzar mühüt yaradır.
Dövlətə və dövlətçiliyə daim dəstəyi ilə diqqəti cəlb edən bu sayt qəbul etdiyi informasiyaları və verəcəyi məlumatları dönə-dönə süzgəcdən keçirir, mənbəyini təkrar-təkrar yoxlayır və sonra yayımlanmasına qərar verir.
Bu gün diqqət çəkən bir məqamı da xüsusi qeyd edim ki, "Azerixalq.az" internet xəbər portalı yaydığı dəqiq informasiyalara görə bir necə xəbər portallarını arxada qoyub.
Bu da ümumilikdə saytın Kütləvi İnformasiya Vasitələri arasında böyük nüfuza malik olmasından xəbər verir.
Uğurlu başlanğıc və uğurlu davamiyyət "Azerixalq.az" internet xəbər portalını bu gün də öz oxucularına sevdirməkdədir.
İnanırıq ki, Azərbaycan Dövlətinin və Xalqının mənafeyini daim yüksək tutan və daim dəstəkləyən, yaranma tarixi və ad günü 15 İyun Qurtuluş günü ilə üst-üstə düşən "Azerixalq.az" internet xəbər portalı ölkə gündəmində öz nüfüzunu qoruyub saxlayacaq, KİV-lər arasında sağlam rəqabət aparmaq üçün öz kiçik, lakin savadlı və işgüzar kollektivi ilə daim gündəmdə qalacaqdır.
ASİF TALIBOĞLU
Seçilmişlər
Ən çox oxunanlar