Mədət Quliyev onu vəzifəsindən azad etdi
Tarix: 03-09-2019 16:05
Müdafiə Sənayesi Nazirliyinin sözçüsü işdən çıxarılıb.
GÜNpress.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı Müdafiə Sənayesi naziri Mədət Quliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Şəfəq Kərimli Müdafiə Sənayesi Nazirliyinin Ümumi şöbəsinin baş məsləhətçisi vəsifəsindən azad edilib. O, bu vəzifə ilə yanaşı nazirliyin sözçüsü funksiyasını yerinə yetirirdi.
Nazirliyin sözçüsü vəzifəsi isə İnformasiya texnologiyaları şöbəsinin müdiri Yaşar İsakova həvalə olunub.
Seçilmişlər
Ən çox oxunanlar