İlham Əliyevdən sabiq AzTv sədri ilə bağlı SƏRƏNCAM
Tarix: 04-04-2019 15:18
Prezident İlham Əliyev Nizami Xudiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
GÜNpress.az xəbər verir ki, sərəncamla qərarla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Nizami Manaf oğlu Xudiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Xatırladaq ki, Nizami Xudiyev 1996-2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə (Aztv) rəhbərlik edib. 10 il Milli Məclisin üzvü olub. Filologiya elmlər doktoru, professor Nizami Xudiyev hazırda Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür.
Seçilmişlər
Ən çox oxunanlar