Şuranın dəstəyi ilə Xırdalanda “Narkotik maddələr-tələdir! adlı tədbir keçirilib
Tarix: 07-08-2019 15:40
“Miqrasiya Sahəsinin İnkişafı” Ictimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Xırdalan şəhərində “Narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması” layihəsi çərçivəsində seminar-təlim keçirib.
Tədbiri giriş sözü ilə açan Abşeron rayon İcra Hakimiyyətinin məsul işçisi Tofiq Abdullayev,dövlətimizin gənclərə qayqısından,ölkəmizdə sağlam həyat tərzinin təbliğindən,əsrimizin faciəsi olan narkomaniyaya qarşı dövlət qurumlarının həyata keçirdikləri mübarizə tədbirlərindən danışıb. Bu mübarizədə cəmiyyətin bütün üzvlərinin birlikdə hərəkət etməsinin vacibliyini qeyd edən natiq, Abşeron rayonunda həyata keçirilən maarifləndirici tədbirlərlərdən bəhs edib,tədbir iştirakçılarına uğurlar arzulayıb.
Layihənin rəhbəri, “Miqrasiya Sahəsinin İnkişafı” ictimai birliyinin sədri Vidadi Fətullayev,çıxışında möhtərəm cənab Presidentimizin səmərəli fəaliyyəti nəticəsində ölkəmizin bütün sahələrdə böyük uğurlar qazandığını,dövlətçiliyimizin daha da gücləndiyini,Azərbaycanın sürətlə inkişaf edən dövlətlər sırasında layiqli yer tutduğunu deyib, təhsil sahəsində işləyənlərin sağlam gənc nəsillərin yetişməsində xüsusi rolunu qeyd edib.Ulu öndərimiz Heydər Əliyevin “cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır”kəlamının hər zaman cəmiyyətimiz və müəllimlərimiz üçün aktual olduğunu vurğulayan layihə rəhbəri,ölkəmizdə 2019-2024-cü illər üçün “Narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının” həyata keçirilməyə başlandığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.QHT sədri,layihənin həyata keçirilməsində verdikləri dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına və Abşeron rayon İcra Hakimiyyətinin rəhbərliyinə öz minnətdarlığını bildirib.
Daha sonra,veriləcək təlim haqqında danışan layihənin eksperti,Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun sektor mudiri Raqif Allahverdiyev qeyd etdi ki,narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması,narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması istiqamətində sistemli fəaliyyət təmin edilmiş,beynəlxalq təcrübə və informasiya sahəsində regional təşkilatlarla,həmsərhəd və digər dövlətlərlə sıx əməkdaşlıq münasibətləri qurulmuşdur.
Layihə ekspertinin təqdim etdiyi təlim iştirakçılar tərəfindən böyük diqqətlə dinlənildi və geniş diskussiyalar aparıldı.Layihə çərçivəsində iştirakçılara təlim çap materialları və maarifləndirici bukletlər paylanıldı.Abşeron Rayon Təhsil Şöbəsinin müxtəlif məkləblərini təmsil edən müəllimlər, “Dövlət Proqramı” və keçirilən Təlimin əhəmiyyətli olduğu barədə fikirlər bildirdilər və dövlət və ictimai təşkilatlar tərəfindən belə tədbirlərin davamlı keçirilməsinin tərəfdarı olduqlarını səsləndirdilər.Tədbir iştirakçıları belə vacib mövzulara verdiyi dəstəyə görə ayrıca,Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına da öz minnətdarlıqlarını ifadə ediblər.
Tədbirin sonunda Abşeron rayon icra hakimiyyətinin məsul işçisi Hafiz Mikayılov və Abşeron rayon Polis İdarəsinin zabiti Azər Məhədzadənin də iştirakı ilə bir qrup təhsil işçisinə “Təlimçi Sertifikatı” təqdim olundu.
Seçilmişlər
Ən çox oxunanlar