Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Dünən, 11:01

23-04-2024, 14:13

22-04-2024, 21:59

17-04-2024, 14:56

16-04-2024, 15:10

16-04-2024, 14:56

16-04-2024, 11:21

6-04-2024, 15:42

5-04-2024, 17:36

5-04-2024, 17:35

4-04-2024, 22:49

4-04-2024, 21:54

4-04-2024, 21:52

3-04-2024, 18:46

25-03-2024, 21:30

25-03-2024, 21:27

19-03-2024, 16:35

16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

Xanım rektor üçün özəl gün

Tarix: 12-04-2019 15:51   
Xanım rektor üçün özəl gün
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədovanın doğum günüdür.

GÜNpress.az rektoru doğum günü münasibətilə təbrik edir, onun elmi fəaliyyətinin əsas istiqamətlərini nəzərə çatdırır:

Gülçöhrə Məmmədova 1953-cü ildə Qərbi Azərbaycanın Vedi rayonunda anadan olub. 1971-ci ildə orta məktəbi bitirdikdən sonra indiki Azərbaycan Texniki Universitetinin memarlıq fakültəsinə qəbul olunub. 1976-cı ildə isə yeni yaradılan Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakültəsini bitirib. 1979-cu ildə həmin ali məktəbin Memarlıq konstitusiyaları və abidələrin bərpası kafedrasında assistent vəzifəsində işə başlayıb. 1987-ci ildən həmin kafedranın baş müəllimi, 1991-ci ildə dosenti, 2000-ci ildə isə professoru seçilib.

Gülçöhrə Məmmədova 1999-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru təyin edilib.

Rektorun elmi fəaliyyəti də genişdir. Elmi işləri əsasən Qafqaz Albaniyasının memarlığı və Azərbaycan ərazisində xristian dini memarlığının tədqiqi ilə bağlıdır. O, bir sıra abidələrin bərpa və elmi rekonstruksiya layihələrini işləyib.

1985-ci ildə "Qafqaz Albaniyasının erkən orta əsrlər xristian memarlığı" mövzusunda namizədlik dissertasiyasını, 1999-cu ildə "Qafqaz Albaniyasının dini memarlığı" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Bir çox beynəlxalq elmi konfransların təşkil olunmasında iştirak edən rektor memarlıq abidələrinin bərpası ilə bağlı bir sıra beynəlxalq layihələrə də rəhbərlik etmişdir.

1985-ci ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. 2006-cı ildə "Azərbaycan Respublikası Əməkdar Memarı" fəxri adı ilə təltif edilib.

O, həm də 2000-2005-ci illərdə Milli Məclisinin II çağırış deputatı olub.


{sape_links}{sape_article}