Ermənistan Kəlbəcər, Gədəbəy və Şuşanı atəşə tutdu - RƏSMİ
Tarix: 26-05-2021 14:54
Mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub.
Bu barədə GÜNpress.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Eyni zamanda Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb.
Cavab atəşi açılmayıb. İtki yoxdur.
Seçilmişlər
Ən çox oxunanlar