Sahil Babayev rektorun oğluna yüksək vəzifə verdi
Tarix: 19-05-2020 13:05
Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın oğlu Mehdi Abdullayevə yeni vəzifə verilib.
O, əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin olunub. Nazir Sahil Babayev bu barədə əmiri bir neçə gün əvvəl imzalayıb.
Mehdi Kamal oğlu Abdullayev 1980-ci ildə Bakı şəhərində doğulub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini və Dövlət Dillər Universitetinin tərcümə fakültəsini bitirib.
Ədliyyə Nazirliyində aparıcı mütəxəssis, İstintaq İdarəsində müstəntiq işləyib. Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda çalışıb. Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında müəllim, baş müəllim, dekan müavini olub.
2005-ci ildə “Cinayət prosesində insan hüquqlarının müdafiəsi: Avropa Şurasının standartları və Azərbaycan Respublikasının qanunvericiliyi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
2009-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub.
5 iyun 2009-cu ildə Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin birinci qurultayında İcmanın Əlaqələndirmə Şurasının sədri seçilib.
2010-cu ilin aprel ayında Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub.
2016-cı ildə o, tutduğu vəzifədən azad olunub.
Mehdi Abdullayevin anası keçmiş deputat Gövhər Baxşəliyevanın da 2 yüksək vəzifə sahibidir. Gövhər Baxşəliyeva AMEA-da Şərqşünaslıq İnstitunun direktorudur.
Modern.az
Seçilmişlər
Ən çox oxunanlar