Prezident iki icra başçısını işdən çıxardı - Təyinatlar
Tarix: 20-11-2019 14:29
Prezident İlham Əliyev Rafil Hüseynovun Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Digər bir sərəncamla Rafil İsrafil oğlu Hüseynov Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Prezident, həmçinin Şahin Məmmədovun Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında da sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə o, Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə gətirilib.
Seçilmişlər
Ən çox oxunanlar