Gəncə hadisələrinə görə daha bir nəfər belə zərərsizləşdirildi - DTX əməliyyat keçirdi + VİDEO
Tarix: 28-07-2018 20:20
Gəncədə ictimai asayişi pozmağa cəhd göstərmiş daha bir nəfər zərərsizləşdirilib.
İyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü qrupun fəal üzvlərindən daha biri Səmədov Fuad Tofiq oğlu zərərsizləşdirilib.
Belə ki, iyulun 28-də Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyat qrupu tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı F.Səmədovun Samux şəhərində gizləndiyi yer müəyyən edilib.
Onun tərksilah olunması və saxlanılması üzrə keçirilən xüsusi əməliyyat zamanı silahlı müqavimət göstərərkən cavab tədbiri olaraq məhv edilib.
Hadisə yerində F.Səmədovun üzərindən "Makarov" tipli tapança aşkar edilib/qafqazinfo
Seçilmişlər
Ən çox oxunanlar