12 yaşlı qız öz qardaşından uşaq doğdu
Tarix: 25-01-2015 22:06
12 yaşlı bir qız öz qardaşından uşaq doğub.
Gunpress.az xəbər verir ki, bu haqda məlumatı “Azadlıq radiosu” yayıb.
Məlumatda deyilir ki, hadisə Xorezm vilayətinin Qurlan rayonunun Gülüstan kəndində baş verib.
Qız ötən ilin may ayında 11 yaşı olanda öz qardaşından hamilə qalıb. Bacısının namusuna toxunan 19 yaşlı oğlanın artıq tutulduğu deyilir. 12 yaşlı qız isə Qurlan rayon xəstəxanasında sağlam qız uşağı uşaq dünyaya gətirib.
Xorezm vilayətinin daxili işlər idarəsinin əməkdaşı deyib ki, qız qardaşından hamilə olduğunu etiraf edib.
“19 yaşlı oğlan Qurlan kollecində oxuyur. Onun özündən başqa daha bir qardaşı var. Uşaqların atası fermada adi bir fəhlədir. Anaları işləmir. Valideynləri bu olayı gizlətməyə çalışır. Oğlan artıq tutulub. Onun təqsiri sübut olunsa,15-20 il arası həbs cəzası alacaq”, - deyə Xorezm vilayətinin daxili işlər idarəsindən bildiriblər.
Bu hadisədən sonra 34 saylı məktəbin direktoru, onun müavini və psixoloq işdən qovulub. 6-cı sinifin rəhbəri haqda da ölçü götürülüb.
Qeyd edək ki, bu olay Xorezm vilayətində ilk deyil. Ötən il yanvar ayının 20-də Şovot rayonunun Burakçi kəndində yaşayan 13 yaşlı qız doğma qardaşından uşaq dünyaya gətirib. Məhkəmə həmin oğlan haqda artıq qərar çıxarıb, ancaq o qərarın nədən ibarət olduğu haqda xəbər verilmir.
Seçilmişlər
Ən çox oxunanlar