FHN-nin xanım “əməkdaşı” 71 min manat rüşvət aldı
Tarix: 08-12-2014 12:32
Neftçala rayonundan olan bir qrup sakinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidməti gunpress.az-a verdiyi məlumatda növbəti korrupsiya faktından bəhs edib.
Araşdırmalar zamanı özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim etmiş Fidan Qarazadənin 2014-cü ilin iyun-oktyabr ayları ərzində Neftçala rayon sakinlərindən onları nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin ayrı-ayrı qurumlarına işə düzəldilməsini vəd edərək aldatma yolu ilə ümumilikdə 71 min manat məbləğində pul vəsaitini ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Seçilmişlər
Ən çox oxunanlar