"Mercedes" 10-AN-719, "Porsche" 10-SR-007, "Jeep" 99-CC-199" - Evakuasiya edildilər (FOTOLAR)
Tarix: 30-07-2019 16:50
Nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin edilməsi və yol hərəkətinin təşkili sahəsində Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən tədbirlər davam etdirilir.
Payxtaxt Bakıda dayanma və durma qaydalarını pozan nəqliyyat vasitələrini BNA tərəfindən müvafiq duracaqlara aparıldığının şahidi olub. Evakuasiya edilən avtomobillər arasında dəyəri 100 min manatdan artıq olan "Mercedes" 10-AN-719, "Porsche" 10-SR-007, "Audi" 90-ZL-099, "Jeep" 99-CC-199" və digər markalı avtomobillərdə var.
Qeyd edək ki, şəffaflığın təmin edilməsi məqsədi ilə təxliyə prosesinin video qeydiyyatı aparılır. Sürücülərin diqqətinə çatıdıraq ki, təxliyyə prosesi əsasən, yolun hərəkət zolağında, ikinci cərgədə, yol kəsişmələrində, eyni səviyyəli piyada keçidlərində, avtobus dayanacaqlarında, səkilərdə park edərək digər yol hərəkəti iştirakçılarına ciddi maneə yaradan nəqliyyat vasitələrinə qarşı tətbiq edilir.
Seçilmişlər
Ən çox oxunanlar