Keçibuynuzunun faydaları
Tarix: 17-10-2014 16:07
Keçibuynuzunun faydaları.
1. Keçibuynuzu bitkisi antiallergik və antibakterial xüsusiyyətlərə malikdir və immun sistemini gücləndirir. Allergiyanın səbəb olduğu nəfəs darlığı probleminə qarşı dərman kimi təsir göstərir. Allergik mənşəli nəfəs darlığı olanlar üçün keçibuynuzu bitkisinin bəkməzi də əla effekt verir.
2. Afrodiziak özəlliklərinə malikdir. Kişilərdə iqtidarsızlıq probleminin aradan qaldırılmasına kömək edir.
3. Sellüloza tərkibli olduğu üçün bağırsaq xəstəlikləriylə mübarizə aparır. Bağırsaq qurdları ilə mübarizədə effektli təsir göstərir. Uşaqlarda və böyüklərdə ishala qarşı istifadə olunur, ishalı aradan qaldırır.
4. Bəlğəmgətirici xüsusiyyətlərə malik olduğu üçün siqaretçəkənlərə olduqca faydalı təsir edir. Döş qəfəsini yumşaldır və bronxları da açır.
5. Tərkibi fosfor (P) və kalsium (Ca) ilə zəngin olduğu üçün sümük əriməsinin qarşısını alır.
6. Tərkibində vitaminlər olduğu üçün diş və diş əti sağlamlığının qorunmasında da istifadə olunur.
7. Mədə və bağırsaqda olan köp kimi problemləri aradan qaldırır.
8. Qanı zərərli maddələrdən təmizləyir və qanazlığını aradan qaldırır.
9. Yaddaşı gücləndirir və diqqəti artırır.
10. Düzənli şəkildə istifadə etdikdə ağciyər xərçənginin yaranma riskini aşağı salır.
11. Qida ilə birlikdə orqanizmə daxil olan radiaktiv maddələri bayıra atır.
Hazırladı: Türkan Azad
Seçilmişlər
Ən çox oxunanlar