Tanınmış alim "Qaçqınkom" sədrinə müraciət etdi
Tarix: 21-08-2019 22:35
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə müraciət edib.
GÜNpress.az sözügedən müraciəti təqdim edir:
"Hörmətli Rövşən müəllim. Sizə müraciət edərək elm və təhsil sahəsində çalışan bir ziyalı olaraq xahiş edirəm, Ağdam rayonundan məcburi köçkün və Azərbaycanın tanınan jurnalistlərindən biri olan Səxavət Məmmədi məcburi köçkünlər üçün tikilən binalardan birində mənzillə təmin edəsiniz.
Səxavət vicdanlı və milli bir gəncdir. Azərbaycan mediasında uzun illərdir yazıları ilə çıxış edir.
Azərbaycanda yeganə jurnalistdir ki, Türkiyədə hərbi sahədə yazılar yazan jurnalistlər üçün keçirilən xüsusi təlimdə iştirak edib və qaliblərdən biri olub..
Səxavət bu günün jurnalisti, sabahın isə ordumuzun sıralarında torpaqlarımızın azad edilməsində öndə olacaq əsgərdir. Onun haqqında bir çox insan müsbət rəylər verə bilər.
Hal hazırda YeniÇağ saytının əməkdaşıdır. Dostum uzun zamandır kirayələrdə qalır. Aldığı əmək haqqlarının 60%-i kirayə və komunal xərclərə çıxır. Gənc bir insanın ayda 200 manata dolanması çox çətindir. Onun mənzil şəraitinin yaxşılaşdırılması dövlətin media sahəsində çalışan jurnalistə və məcburi köçkünə olan müsbət bir addımı olar.
Rövşən müəllim, sizdən bir ziyalı olaraq xahiş edirəm..dostum, qardaşım Səxavət Məmməd üçün Bakıda məcburi köçkünlər üçün tikilən binaların birində müvvəqqəti, torpaqlarımız geri alınan günə qədər mənzil ayırasınız".
Hörmətlə Zaur Əliyev, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent...
Seçilmişlər
Ən çox oxunanlar