Kəmaləddin Heydərovun binası niyə yanıb?
Dünən Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində yanan bina "Qoşa Park" yaşayış kompleksi "Gilan Holdinq"ə məxsusdur.
"Gilan Construction Group"a aid binanın ümumi sahəsi 64 092 m2-dır. Sözügedən binada 407 mənzil var. 2006-ci ildə tikintisinə başlanılan yaşayış kompleksi 2014-cü ildə təhvil verilib.
"Gilan Holdinq" Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovundur. Elə bu səbəbdən də fövqəladə hallar naziri Kəmaləddin Heydərov müavini Etibar Mirzəyevi dünən hadisə yerinə göndərib.
Qeyd edək ki, Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğına səbəb elektrik yüklənməsi olub. Bundan başqa, araşdırmalar zamanı məlum olub ki, binanın yanğından mühafizə sistemi işlək vəziyyətdə deyilmiş.
Unikal.org