Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

İmamverdi İsmayılov: “O şərəfsizlərin kimliyini yaxşı bilirəm”

Tarix: 22-01-2016 15:22   
İmamverdi İsmayılov: “O şərəfsizlərin kimliyini yaxşı bilirəm”
“Sosial mediada, bəzi KİV-lərdə oğlum barədə dərc olunan yazılar tamam böhtan xarakterlidir. Bütün bunlar ancaq qərəzdən irəli gəlir”.

Bu sözləri deputat İmamverdi İsmayılov oğlu İlkin İsmayılovun adının Qubadakı “Retro” istirahət mərkəzində qətlə yetirilən Könül Zalova ilə yanaşı hallandırılmasına münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, ona əli çatmayan bəzi şəxslər mətbuatda oğluna qarşı məqsədli və davamlı şəkildə kampaniya aparırlar: “Hardasa baş verən bir hadisəni əli çata bilmədiyi admla əlaqələndirmək kimi işlərlə məşğul olan mənəviyyatsızlar var. Bunun adı böhtan, yalan, çirkin dolu, heç bir əxlaqa, mənəviyyata sığmayan kampaniyadır. Dəfələrlə belə şərəfsiz, ləyaqətsiz addımlar atıblar. Ancaq hər dəfə də məlum olub ki, bunlar şər,böhtanla məşğuldurlar, yazdırdıqlarının heç biri sübuta yetməyib. Mən bu xəbis, paxıl, gözügötürməzlərin və mənə əli çatmayanların kimliyini yaxşı bilirəm.

Hesab edirəm ki, bundan böyük şərəfsizlik, mənəviyyatsızlıq yoxdur. Ailəni, övladı belə məsələlərə qatmaq insan üçün ən sonuncu yoldur. Buyurusunlar yazdırdıqlarını sübut etsinlər. Edə də bilməyəcəklər, çünki şər, böhtandır.

Onları belə alçaq əməllərə son qoymağa dəvət edirəm. Belə iyrənclikləri ortaya atanları olmayan vicdanlarına və Allaha tapşırıram.

Heç bir fakta söykənməyən, əsassız, sifarişli məlumatların mediada yer alması yumşaq desək, jurnalistikamıza xələl gətirir və mən jurnalist dostları belə çirkin kampaniyalara qatılmamağa çağırıram”.

Bu gün bəzi KİV-lər belə bir məlumat yayıblar ki, bir neçə gün əvvəl Qubadakı “Retro” istirahət mərkəzində qətlə yetirilən Könül Zalovanın idarə etdiyi avtomobilin seriya nömrəsi deputatın polisdə işləyən oğlu İlkin İsmayılovla əlaqəlidir.