Prezident İdarə rəisini vəzifədən azad etdi
Tarix: 04-05-2015 17:18
Azərbaycan Prezidenti İlham Əliyev mayın 4-də Rəşad Məmmədovun Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Gunpress.az xəbər verir ki, dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Rəşad Rəfael oğlu Məmmədov Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi vəzifəsindən azad edilsin.
Qeyd edək ki, Rəşad Məmmədov 27.04.2011-ci il tarxində Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi təyin edilmişdi.
Seçilmişlər
Ən çox oxunanlar