Ramil Usubov əmr verdi, rəis işdən çıxarıldı
Tarix: 18-10-2014 13:34
Xəzər Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi Sabir Həsənov vəzifəsindən azad olunub.
"Gunpress.az" AzNews.az-a istinadən xəbər verir ki, o, Daxili İşlər naziri Ramil Usubovun əmri ilə işdən çıxarılaraq, təqaüdə göndərilib.
Məlumatı Xəzər Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsindən təsdiqləyiblər. Bildirilib ki, Sabir Həsənovun yerinə hələlik təyinat edilməyib. Hazırda onun vəzifəsini Ədalət Əhmədli icra edir.
- See more at: http://axar.az/news/32401#sthash.EMmEV381.dpuf
Seçilmişlər
Ən çox oxunanlar