Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

"Gördüyünüz tədbirlər nəticəsində düşdüyüm qorxudan xilas oldum" - Prezidentə yazırlar

Tarix: 05-05-2020 15:18   
"Gördüyünüz tədbirlər nəticəsində düşdüyüm qorxudan xilas oldum"
Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması ilə bağlı gördüyü işlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir.

GÜNpress.az Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Göygöl rayonunda yaşı 65-dən yuxarı olan tənha və ahıl insanlara xidmət göstərən könüllülər adından dövlətimizin başçısına məktub ünvanlayan Aynur Hüseynova, Məsmə Əliyeva və Səidə Ələsgərova yazırlar: “Möhtərəm cənab Prezident, Siz ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi hakimiyyətə gəldiyiniz gündən bəri Azərbaycan daim inkişaf edir, beynəlxalq aləmdə özünəməxsus yer tutur. Apardığınız uğurlu daxili və xarici siyasət Azərbaycanın Avropa və dünya strukturlarına inteqrasiyası, xalqımızın maddi və mənəvi inkişafının təmin olunması məqsədini daşıyır. Son zamanlar bütün dünyanı bürümüş COVID-19 pandemiyası ölkəmizdən də yan keçmədi. Lakin Sizin qətiyyətiniz ölkəmizi böyük ziyanlardan qorudu. Əminik ki, Sizin rəhbərliyinizlə bu bəladan da şərəflə və üzüağ çıxacağıq. Vətəndaşların sağlamlığı Sizin üçün hər şeydən önəmlidir. Sizin çıxışlarınız, açılışlarında şəxsən iştirak etdiyiniz səhiyyə ocaqları bunun bariz nümunələridir. Cənab Prezident, karantin vəziyyəti ilə əlaqədar verilən bütün qərarlarınızı dəstəkləyirik. Çünki bu, birbaşa bizim hər birimizin sağlamlığının qorunması üçün atılmış addımlardır. “Evdə qal!” aksiyasında iştirak edən yaşlı və aztəminatlı təbəqənin nümayəndələri Sizin diqqət və qayğınız sayəsində bu çətin günlərdə maddi və mənəvi cəhətdən korluq çəkmədi. Biz – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsinin sosial xidmət işçiləri də həmişə Sizin tapşırıqlarınızı icra etməyə hazırıq. Bu şərəfli işinizdə həmişə Sizinləyik. Bizlərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirik. Cənab Prezident, Göygöl rayonunun ahıl insanları və ağsaqqalları hər zaman Sizin daxili və xarici siyasətinizi dəstəkləyirlər”.

Bakının Nizami rayonundan Arzu Babayev: “Hörmətli cənab Prezident, Azərbaycan xalqının qəhrəman oğlu İlham Əliyev, məktubuma ümummilli liderimiz Heydər Əliyevin 18 il əvvəl Sizin haqqınızda dediyi sözlərlə başlamaq istərdim: “İlham Əliyev yüksək intellektual, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, yüksək enerjili, təşəbbüskar və tələbkar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları və işləri sizin yaxından dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Son 17 ildə Azərbaycanda görülən işlərə baxdıqda Ulu Öndərin Sizin barənizdə söylədiklərinin əsl həqiqət olduğuna bir daha əmin oluruq. Bu gün ölkə həyatının elə bir sahəsi yoxdur ki, orada Sizin zəhmətinizin izi olmasın. Cənab Prezident, seçildiyiniz gündən davamlı olaraq ölkəmizin bölgələrinə səfər etmisiniz. Bəzən bir gündə 3-4 rayona getmisiniz, daim xalqla bir yerdə olmusunuz. Çünki xalqı maraqlandıran, onu narahat edən hər bir sözü insanların dilindən eşitmək istəmisiniz. Hətta bəzən doğum gününüzü bölgələrdə, xalqla bir yerdə keçirirsiniz. Bu isə xalqı əziz tutmağınızdan, onun rifahını ən vacib məsələ hesab etməyinizdən irəli gəlir. Elə ona görə də bu gün Azərbaycanda ən güclü birlik Prezidentlə xalqın birliyidir. Azərbaycan xalqı bu gün dünyanın ən xoşbəxt xalqıdır ki, onun Sizin kimi sadə, humanist, hər bir vətəndaşın probleminə diqqətlə yanaşan, bütün ömrünü xalqına həsr edən Prezidenti var. Ona görə də xalqımız Prezidentin apardığı siyasəti ürəkdən bəyənir və dəstəkləyir. Cənab Prezident, bilirik ki, xalqın sağlamlığını qorumaq Sizin üçün daim prioritet olub. Vətəndaşlarımız Sizin dəstəyiniz sayəsində hər il səhiyyə ocaqlarında pulsuz müayinə və müalicə olunurlar. Hazırda dünyanı zəbt etmiş ağır koronavirusla mübarizədə də Siz vaxtında çox qətiyyətli tədbirlər görməklə böyük fəlakətin qarşısını aldınız. İnşallah, Sizin köməyinizlə xalqımız bu bəladan minimum itki ilə çıxacaq. Sizə cansağlığı və Azərbaycanımızın taleyüklü işlərində müvəffəqiyyətlər arzulayıram. Ulu Tanrı Sizi Azərbaycana və xalqımıza çox görməsin, Sizə və Sizinlə çiyin-çiyinə çalışan Mehriban xanıma daim kömək olsun!”.

Sumqayıt şəhər “Təfəkkür” liseyinin şagirdi Mehrəngiz Qurbanova: “Möhtərəm cənab Prezident, bütün dünya üçün qorxulu fəsadlarla nəticələnən koronavirus pandemiyası Vətənimiz Azərbaycandan da yan keçmədi. Dünyanın nəhəng dövlətlərinin COVID-19 qarşısında aciz qaldığı bir zamanda Azərbaycan Sizin - mənim xilaskar Prezidentimin uzaqgörən siyasəti sayəsində bu bəladan minimum ziyan gördü. Pandemiyanın üzə çıxdığı ilk gündən etibarən əhalinin mütəmadi olaraq məlumantlandırılması, qabaqlayıcı tədbir olaraq kütləvi toplanmaların qarşısının alınması, az bir vaxtda yeni tipli xəstəxanaların inşa edilməsi, ölkəmizdən kənarda olan vətəndaşlarımıza belə dövlət səviyyəsində qayğı və dəstək göstərilməsi, aztəminatlı ailələrə maddi yardım göstərilməsi və digər tədbirlər Sizin yüksək liderlik, təşkilatçılıq qabiliyyətinizin nəticəsidir. Mən milyonlarla Azərbaycan vətəndaşından biri olaraq Vətənə, xalqa göstərdiyiniz bu məhəbbət, maddi, ən əsası isə mənəvi dəstək üçün Sizə çox minnətdaram. Bir şagird kimi ilk vaxtlar məktəbimin fəaliyyətini dayandırmasına görə çox üzülsəm də, sonra anladım ki, bu tədbir mənim və minlərlə azərbaycanlı şagirdin rifahı naminədir. Dəyərli Prezidentim, həyata keçirdiyiniz uzaqgörən siyasət üçün Sizə çox minnətdarıq. Biz Sizinlə güclüyük, cənab Ali Baş Komandan!”.

Laçın Rayon Ağsaqqallar Şurasının sədri Ağayar İsmayılov: “Möhtərəm cənab Prezident, ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində rəhbərliyinizlə görülən işlər xalqımızın bu bəladan qorunmasında böyük əhəmiyyət kəsb etdi. Həmişə olduğu kimi, bu çətin günlərdə də xalqımızın ən etibarlı arxa və dayağı kimi vətəndaşlarla birlikdə olmağınız, hər bir ailənin rifah halını və sağlamlığını düşünərək, bu istiqamətdə göstərdiyiniz maddi və mənəvi dəstək bir daha nümayiş etdirir ki, Siz hər bir Azərbaycan vətəndaşının layiqli Prezidentisiniz. Sizin “Biz birlikdə güclüyük!” çağırışınız xalqımızı ətrafınızda bir daha səfərbər edərək, daha sıx birləşdirdi. Biz ahıl sakinlər də bu taleyüklü məsələlərin həlli istiqamətində gördüyünüz işləri daim bəyənir, bundan məmnunluq hissi keçirir, buna görə Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. İnanırıq ki, ölkəmiz Sizin müdrik rəhbərliyiniz sayəsində tezliklə bu bəladan xilas olacaq, həyatımız əvvəlki axarına düşəcək”.

Rizvan Pirnəzərov adına 299 nömrəli məktəb-liseyin şagirdi Nuray Məmmədzadə: “Hörmətli cənab Prezident, dünyanı öz ağuşuna alıb məhvə sürükləyən “COVID-19” pandemiyası ilk günlərindən bütün ölkələrdə kütləvi ölümlərə səbəb olduğunda, bu qorxunc xəbər hamını məyus etmişdi. Lakin qəlbimin dərinliyində zülmət qaranlığı parçalayacaq parlaq bir günəşin doğacağına əmin olduğum üçün, nikbinlik hissi heç bir zaman məni tərk etməmişdi. Əmin əllərdə idarə olunan dövlətimizin həmişə vətəndaşının yanında olduğunu və onu qoruduğunu bildiyim üçün bu dəhşətin böyük faciə yaratmayacağına inanırdım. Təhlükənin ilk günlərində zərgər dəqiqliyi ilə alınmış uzaqgörən qərarlarınız vaxtında bu dəhşətin önünə sədd çəkdi. Bu ölüm saçan pandemiya ilə mübarizədə dünyanın bir çox ölkələrinə örnək olan davranışınızla Azərbaycan dövlətinin necə güclü olduğunu bir daha sübut etdiniz. Cənab Prezident, hazırda pandemiya dəhşətinin sönən alovları tezliklə bu bəladan qurtulub normal həyata dönəcəyimizdən xəbər verir. Sizin apardığınız çoxyönlü islahatlar ölkəmizin və xalqımızın rifahını artırdığı kimi həm də dövlətimizin güclü olmasını təmin edir. Bu da biz gənclərin özünə güvən hissini, vətən sevgisini və vətənə layiqli övlad olma məsuliyyətini artırır. Qloballaşan dünyada ikili standartlara qarşı gecə gündüz apardığınız haqlı mübarizədə biz gənclər də sizin siyasi kursunuzun davamçılarıyıq. Gələcəkdə vətənimizə layiqli vətəndaş olmaq və bizlərə əmanət ediləcək irsi, mədəniyyəti, mental dəyərləri qoruyub gələcəyə daşımaq və bəşəriyyətin sürətlə inkişaf etdiyi bu dönəmdə yeni texnologiyalara daha müfəssəl yiyələnmək üçün, biz daha yaxşı oxumalı, müasir biliklərə yiyələnməli və bu yolda çox məsuliyyətli olmalıyıq. Doğma Azərbaycanımızı sevmək və onun layiqli vətəndaşı olmaq biz gənclərin ən vacib işidir. Çiçəklənən ölkəmizdə gündən-günə inkişaf edən iqtisadiyyatımızın hər sahəsində əldə olunan nailiyyətlər biz gəncləri daha da qürurlandırır və bizləri daha məsuliyyətli olmağa məcbur edir. Çünki bu gün əmin əllərdə idarə olunan ölkəmizin gələcəkdə daha da güclü və qüdrətli olması bizlərin prioritet məsələsidir. Bunun üçün də biz üzərimizə düşən bütün vəzifələri layiqincə yerinə yetirməliyik. Bildiyimiz kimi, tarixən ölkəmiz zaman-zaman yadellilərin və nankor qonşuların işğalına məruz qalmışdır. Bu gün də torpaqlarımızın 20 faizindən çoxu işğal altındadır. Bir milyondan artıq köçkün soydaşlarımız öz yurd-yuvalarından didərgin düşmüşlər. Lakin biz əminik ki, cənab Prezident, Siz bu çətin məsələnin tezliklə həllinə nail olacaqsınız və köçkün soydaşlarımız öz yurd yuvalarına geri dönəcəklər. Dünya ictimaiyyətinin də bildiyi bir həqiqət var ki, o da Azərbaycanın ərazi bütövlüyünün qeyri şərtsiz bərpa olunmasıdır. Sülh yolunun tükəndiyi anda ölkəmizin müzəffər ordusu Ali Baş Komandanın əmri ilə və xalqın dəstəyi ilə düşməni darmadağın edib, üçrəngli zəfər bayrağını indi işğalda olan torpaqlarımızda dalğalandıracaq. Vətənimizin azadlığı üçün bu yolda canımızı belə verməyə hazırıq. Yaşasın Azərbaycan!”.

Hacıqabul şəhərindən Təvəkkür İbrahimov: “Möhtərəm cənab Prezident, mən Hacıqabul şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdiyəm. Bütün dünyanı bürümüş koronavirus infeksiyasına qarşı ölkəmizdə səmərəli mübarizə aparıldığının şahidiyik. Eyni zamanda, ölkəmizdə də xəstəliyin qarşısının alınması üçün çox ciddi tədbirlər görülür. Karantin dövründə məktəblər bağlansa da, biz şagirdlər evdə qalsaq da, təhsildən qalmırıq. Sevimli müəllimlərimizin dəstəyi ilə dərslərimizi onlayn formada davam etdiririk. Cənab Prezident, Siz bir daha sübut etdiniz ki, Azərbaycan xalqının ən yaxın dostusunuz. Mən fəxr edirəm ki, azərbaycanlıyam. Mən fəxr edirəm ki, Sizin kimi Prezidentimiz var. Mən xoşbəxtəm ki, Sizin rəhbərlik etdiyiniz Azərbaycan Respublikasında yaşayıram. Siz qısa bir zamanda ölkəmizi cənnət bir məkana çevirdiniz. Siz öz xalqını sevən əsl lidersiniz. Azərbaycan xalqı Sizinlə fəxr edir. Biz şagirdlər də Sizi dəstəkləyir, Sizin möhtəşəm işlərinizə heyranlıqla baxırıq. Sizin gördüyünüz qabaqlayıcı və geniş tədbirlər nəticəsində koronavirus infeksiyasının kütləviləşməsinin qarşısı vaxtında alındı. Cənab Prezident, Siz xalqımızın sağlam yaşaması üçün böyük işlər gördünüz, bizi xəstəlikdən qorudunuz. Allah Sizi qorusun!”.

Rusiya Federasiyasının Bryansk şəhərindən Elçin Mirzəyev: “Hörmətli cənab Prezident, Rusiyanın Bryansk şəhərində yaşayan və ürəyi Azərbaycanla döyünən həmvətənlərimiz doğma ölkəmiz üçün gördüyünüz böyük və əhəmiyyətli işlərinizi hər zaman diqqətlə izləyir və təqdir edirlər. Bütün dünyanı bürüyən pandemiya şəraitində hər bir vətəndaşımızın sağlamlığı üçün Sizin qabaqlayıcı tədbirlərinizin, imzaladığınız sərəncamların, qəbul etdiyiniz qərarların, həmçinin həkimlərimizin, polislərimizin qayğısı və xidmətləri əvəzsizdir. Buna görə Sizə bir vətəndaş olaraq minnətdarlığımı bildirirəm. Hörmətli cənab Prezident, biz doğmalarımızla əlaqə saxlayanda rahatlıq tapırıq. Hər bir çətin dövrdə Sizin necə güclü lider olduğunuzun bir daha şahidi oluruq. Doğmalarımızın sağlamlığının, hüquqlarının qorunmasına, onlara yardımların verilməsinə, sadalamaqla bitməyən digər işlərə görə Sizə minnətdaram. Biz Sizinlə həmişə qürur duyuruq, fəxr edirik. Allah Sizə, xalqımıza yar olsun!”.

Şuşa rayonundan məcburi köçkün Cavanşir Əbilov: “Möhtərəm cənab Prezident, Sizi salamlayır və xalqımızın rifahı naminə xidmətlərinizə, xüsusən bütün dünyanı bürümüş koronavirus xəstəliyinə qarşı aparılan mübarizə tədbirlərinə görə Sizə minnətdarlığımı bildirirəm. Mənim oğlum məhkumluq həyatı yaşayır. Tez-tez bizimlə telefon əlaqəsi saxlayır. Sizin qabaqlayıcı tədbirləriniz, qayğıkeşliyiniz sayəsində cəzaçəkmə müəssisələri də bu bəla qarşı tam gücü ilə mübarizə aparır. Gördüyünüz işlər müsbət nəticələrini verməkdədir. Oğlumun dediyinə görə, cəzaçəkmə müəssisələrində hər gün dezinfeksiya işləri, antisanitariya tədbirləri yüksək səviyyədə aparılır. Bütün bunların nəticəsidir ki, başqa ölkələrdən fərqli olaraq Azərbaycandakı cəzaçəkmə müəssisələrində bu virus yayılmadı.

Hörmətli cənab Prezident, oğlumun adından və bir ata kimi öz adımdan cəzaçəkmə müəssisələrinə, eyni zamanda, respublikamızın bütün sakinlərinə göstərdiyiniz qayğıya görə Sizə minnətdarlığımı və dərin təşəkkürümü bildirirəm. Allah Sizə yar olsun!”

Kəlbəcər rayonundan məcburi köçkün Səbinə Səfərova: “Möhtərəm cənab Prezident, ürəyimdən gələn xoş sözləri Sizə demək üçün hansı gözəl ifadələrdən istifadə etsəm də, azdır. Sizə olan rəğbətimi, səmimi duyğularımı ifadə etmək üçün söz tapmaqda çətinlik çəkirəm. Bu ağır günlərdə dadımıza çatdığınıza, hamımıza maddi və mənəvi dəstək göstərdiyinizə görə çox sağ olun. Atalar gözəl deyib: “Ot öz kökü üstə bitər”. Azərbaycan xalqının xilaskarının oğlu da onun kimi xilaskar olmalıdır. Dünyada pandemiya ilə bağlı baş verənlər əvvəllər məni az da olsa qorxuya salmışdı. Ancaq Sizin gördüyünüz operativ tədbirlər nəticəsində sanki düşdüyüm quyudan xilas oldum, gələcəyə ruhlandım. İndi elə düşünürəm ki, sanki ölkəmizdə epidemiya olmayıb. Dualarımız Sizinlə olsun. Siz mənim üçün tarixin ən qüdrətli sərkərdəsi, ən xeyirxah hökmdarısınız. Allah Sizə yar olsun!”.

Ağdaş rayonunun Türyançay qəsəbəsindən Əhliman Hacıyev: “Möhtərəm cənab Prezident, bütün dünyanı dəhşətə gətirən koronavirus pandemiyası ilə əlaqədar həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər xalqımıza olan məhəbbət və sevginizin təzahürüdür. Sizin müdrik və uzaqgörən siyasətiniz, həyata keçirilən qətiyyətli və qabaqlayıcı tədbirlər xalqımızın bu bəladan az itkilərlə çıxmasına zəmin yaradır. Azərbaycan qısa müddət ərzində çoxlarının hətta uzun vaxta belə qət edə bilmədiyi bir yol keçmişdir. Ümid edirik ki, dünyanı cənginə alan xəstəlikdən tezliklə qurtulacağıq. Meliorasiya və su təsərrüfatı sahəsinə göstərdiyiniz diqqət və qayğı, Sizin rəhbərliyinizlə ölkəmizdə bu sahədə həyata keçirilmiş önəmli genişmiqyaslı layihələr sayəsində əkin sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılır, kənd təsərrüfatı məhsullarının istehsalı artır. Bütün bunlar bir daha sübut edir ki, xalqımızın gələcəyi əmin əllərdədir”.

Şirvan şəhərinin sakini Vaqif Cəfərovun məktubunda deyilir: “Möhtərəm cənab Prezident, artıq bir neçə aydır ki, bəşəriyyət koronavirus pandemiyası (COVID-19) ilə, sözün əsl mənasında, mübarizə aparır. Pandemiya ölkələrin iqtisadiyyatına və əhalisinə böyük zərər vurdu. Amma ölkəmiz Sizin qətiyyətiniz, uzaqgörən siyasətiniz və iradəniz sayəsində pandemiyaya qarşı mübarizədə də öncüllər sırasındadır. İnsanlarımızın daha az zərər görməsi, güclü iqtisadiyyatımızın qorunub saxlanması istiqamətində atdığınız addımlar, həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər bir vətəndaş, idman veteranı kimi məni sevindirir, işıqlı sabahımıza ümidlə baxmağa ruhlandırır. Cənab Prezident. bu pandemiya ilə mübarizədən üzüağ çıxacağımıza inanıram. Sizin çağırışınıza qoşularaq deyirik ki, biz birlikdə güclüyük. Cənab Prezident, mən Sizinlə fəxr edir, Sizə minnətdarlığımı bildirir, Sizə və ailənizə uzun ömür, cansağlığı arzulayıram”.

Rusiyanın Həştərxan vilayətindəki Azərbaycan diasporu adından dövlətimizin başçısına minnətdarlıq edən İrahid Mirişov yazır: “Hörmətli cənab Prezident, ölkəmizin ərazisində koronavirusun yayılmasının qarşısının alınmasında bilavasitə Sizin rəhbərliyinizlə həyata keçirilən tədbirlərə görə Rusiyanın Həştərxan vilayətinin Azərbaycan diasporu adından Sizə səmimi minnətdarlığımı bildirirəm. Biz - Həştərxan vilayətində yaşayan azərbaycanlılar virusun yayılması ilə əlaqədar Vətənimizdəki vəziyyəti böyük diqqət və həyəcan ilə izləyirik. Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması və firavanlığı məqsədilə əhaliyə tibbi yardımın göstərilməsi sahəsində islahatlara yönəldilmiş müdrik siyasətiniz, ölkə vətəndaşlarına tibbi yardımın və tibbi xidmətlərin yaxşılaşdırılması üzrə strateji proqramınız, həmçinin koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən operativ tədbirlər müsbət nəticəsini verib. Bu, nəinki Azərbaycan vətəndaşları, həmçinin beynəlxalq siyasətçilər tərəfindən yüksək dəyərləndirilib. Biz Sizin göstərişinizlə və bilavasitə nəzarətinizlə pandemiyaya qarşı mübarizədə əhalinin qorunmasına və iqtisadiyyatın bütün həssas sektorlarına dövlət dəstəyinin göstərilməsinə istiqamətlənən tədbirləri alqışlayırıq. Biz Azərbaycana, bütün Azərbaycan xalqına xüsusi karantin rejimindən tezliklə çıxmağı və epidemiya ilə bağlı çətinlikləri adlamağı səmimi qəlbdən arzulayırıq”.

Qusar rayonunun Yasab kəndindən Mafiyat Bədəlova: “Möhtərəm cənab Prezident, xalqımızın sosial rifahının və sağlamlığının dövlətimiz üçün ən ümdə vəzifə olması biz vətəndaşları sevindirməyə bilməz. Çətin koronavirus dövründə biz bunun bir daha şahidi olduq. Ulu öndərimiz Heydər Əliyevin adını daşıyan Fondun bizə yardım etməsinə, bizi sevindirməsinə görə Sizə “Çox sağ olun!” deyirik. Allah Sizə və Mehriban xanım Əliyevaya uzun ömür, cansağlığı versin. Ümid edir və inanıram ki, dünyanı ağuşuna alan bu COVID-19 infeksiyası tez bir zamanda başımızın üstündən gedəcək, Azərbaycan yenidən çağlayan və dinamik inkişaf edən həyatına dönəcək”.

Gədəbəy rayonundan Ənvər İsgəndərov, Şahin Kazımov, Həsrət Məhərrəmov və Famil Alıyev yazırlar: “Hörmətli cənab Prezident, dünyada gözlənilmədən yayılan koronavirusla əlaqədar Sizin atdığınız qabaqlayıcı tədbirlər Azərbaycan xalqını yaşaya biləcəyi acınacaqlı vəziyyətdən çıxardı. Bir çox ölkələr isə bu bəlaya hazırlıqsız yaxalandı və təsirli tədbirlər görə bilmədiyindən kütləvi yoluxma və ölüm hallarına məruz qaldı. Bu müqayisə özlüyündə Azərbaycanın qüdrətinin təzahürüdür. Sizin və Mehriban xanım Əliyevanın xalqa müraciətlərinizdə yer alan fikirlər, görülən əməli tədbirlər xalqa nə qədər bağlı olduğunuzu bir daha göstərdi. Xalqımız da Sizə bağlıdır və Sizi sevir. Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük! Sizə daim sağlamlıq və firavan həyat arzu edirik”.

Naxçıvan şəhərindən tələbə Sultan Məmmədzadə: “Hörmətli cənab Prezident, mən bir gənc olaraq Sizinlə fəxr edirəm. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanın bugünkü inkişafı Sizin müvəffəqiyyətlə davam etdirdiyiniz uğurlu siyasətlə bağlıdır. Hazırda dünyada sürətlə yayılan koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısını almaq məqsədilə hazırlanan və həyata keçirilən dövlət proqramı bir daha sübut edir ki, Siz bu xalq üçün çalışırsınız və hər zaman hər bir vətəndaşınızın yanındasınız. Bu çətin günlərdə xalqımızın rifahı üçün gördüyünüz işlər biz gəncləri də ölkəmiz və xalqımız üçün əlimizdən gələni etməyə həvəsləndirir. Biz Azərbaycan xalqı olaraq əminik ki, bu problemlər Sizin rəhbərliyinizlə tezliklə həll olunacaqdır. Allah Siz başda olmaqla bütün xalqımızı qorusun!”.

Bakının Nizami rayonundan Nəzrin Nuriyeva: “Əziz və qayğıkeş Prezidentimiz, mən bir vətəndaş olaraq Sizin xalqımız üçün etdiklərinizin vurğunuyam. Ölkəmizin, həmçinin bəşəriyyətin keçdiyi bu əziyyətli yolda Siz qəti və dəqiq qərarlar alaraq bir çox ölkələrə nümunə oldunuz. Koronavirus pandemiyasının yayıldığı andan bəri verdiyiniz qərarlar sayəsində hazırda ölkəmizdə yoluxma və ölüm halları digər ölkələrlə müqayisədə çox azdır. Təkcə səhiyyə ilə bağlı deyil, həmçinin digər sahələrdə də verdiyiniz qərarlar ölkəmizi yüksək zirvələrə qaldırdı. Sizin təhsil sisteminə göstərdiyiniz qayğını biz şagirdlər hiss edir və qürurlanırıq. Sizin siyasətinizin nəticəsidir ki, koronovirus pandemiyası ilə mübarizədə dünyanın ən inkişaf etmiş ölkələrini qabaqlayan Azərbaycan nümunəvi ölkə oldu. Xalqımıza belə önəm və diqqət verdiyiniz üçün həm öz adımdan, həm də ailəmin adından Sizə dərin minnətdarlığımı bildirəm. Mən 9-cu sinif şagirdi olaraq Sizinlə fəxr edirəm və Sizi çox istəyirəm. Yaxşı ki, bizim Prezidentimizsiniz”.

Şirvan şəhərindən Laləzər Məmmədova: “Çox hörmətli cənab Prezident, bu gün dünyanın böyük bir bəla ilə üz-üzə qaldığının şahidiyik. Dünyada qlobal pandemiya hesab olunan koronovirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və vətəndaşlarımızın, xüsusilə də məktəblilərin, 65 yaşdan yuxarı olan insanların təhlükəsizliyini təmin etmək məqsədilə verdiyiniz qərarlar, gördüyünüz təxirəsalınmaz tədbirlər, ən əsası, Sizin çağırışınız ətrafında xalqımızın həmrəyliyə dəvət olunması çox mühüm təşəbbüs və addımlardan oldu. Cənab Prezident, Siz hər zaman vətəndaşların yanında olub, onların sevincinə də, kədərinə də şərik çıxmısınız, öz qayğınızı əsirgəməmisiniz. Biz, Azərbaycan xalqı olaraq inanırıq ki, məhz Sizin rəhbərliyinizlə bu çətin günlərdən də alnıaçıq çıxacağıq. Yaşlı nəslin nümayəndələri olaraq dövlətimiz tərəfindən bizə göstərilən qayğıya görə Sizə minnətdarıq. Mən təqaüddə olan müəllim kimi Sizin müəllimlərə verdiyiniz dəyəri, dəstəyinizi görür və Sizə Azərbaycan müəllimi adından öz təşəkkürümü bildirirəm. Siz xalqımızı qoruyursunuz, Allah da Sizi qorusun! Amin!”.

Quba rayonundan Minbər Osmanov: “Hörmətli cənab Prezident, bütün dünyanı bürüyən koronavirus pandemiyası Sizin uzaqgörənliyiniz sayəsində ölkəmizdə geniş yayılmayıb. Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkə vətəndaşlarına göstərdiyiniz diqqət və qayğı hər kəsə bəllidir. Cənab Prezident, Sizin düşünülmüş siyasətiniz nəticəsində Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədən dünya dövlətləri arasında ən az itki ilə çıxan ölkələrdən biridir. Əlbəttə, bunun əsas səbəbi Sizin xalqla birlikdə olmağınızdır. Siz hər zaman vurğulayırsınız ki, "Mən hər bir azərbaycanlının Prezidentiyəm". Biz də bunu həmişə hiss edirik. Bu çətin dövrdə Sizin xalqın yanında olmanız buna bariz nümunədir. Məhz buna görə Sizə minnətdarıq”.

Naxçıvan Muxtar Respublikasının Sədərək rayonundan Murad Abbaslı: “Möhtərəm cənab Prezident, Azərbaycan xalqı tarixin çox ağır sınaqlarından çıxıb. Hazırda üzləşdiyimiz koronavirus pandemiyasını da bunlardan biri hesab edirik. Pandemiyanın başladığı ilk gündən indiyə qədər gördüyünüz işlərlə vətəndaşların sağlamlığı və təhlükəsizliyi tam nəzarət altına alınmışdır. Sizin uzaqgörənliyiniz sayəsində Azərbaycan bu gün pandemiyadan ən az itki verən ölkələr sırasındadır. Siz bu savaşda hər bir vətəndaşın yanında olduğunuzu bir daha göstərdiniz. Bizim yaşadığımız hazırkı dövr dünya tarixinin çox əlamətdar bir mərhələsidir. Qərinələr, əsrlər keçəcək, gələcəkdə bir çoxları 2020-ci ili “koronavirus ili” kimi xatırlayacaq. Bəzi insanlar üçün bu xatirə acı olsa da, ümumilikdə xalqımız üçün növbəti mübarizlik, mətinlik, birlik rəmzi kimi söylənəcək. Hər şeyə görə təşəkkürlər, cənab Prezident!”.

Füzuli rayonundan Ağayar Səfiyarov: “Möhtərəm cənab Prezident, bir gənc müəllim ailəsi olaraq Sizə təşəkkürümüzü bildiririk. İlk növbədə, təhsil ocaqlarını vaxtında bağlayaraq minlərlə insanın həyatını xilas etdiyinizə görə Sizə minnətdarıq. Siz bununla ölkəmizdə kütləvi yoluxma halının qarşısını almağa nail oldunuz. Bu gün Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı nümunəvi dövlət kimi təqdim edir. Bu, Sizin uğurunuzdur. Ölkəmizin koronavirus pandemiyasının təsirindən minimum zərərlə çıxmasına nail olmaqla bir daha sübut etdiniz ki, hər zaman xalqımızın sağlamlığını və rifah halını hər şeydən üstün tutursunuz. Ailədə hər ikimiz müəllim olduğumuzdan əməkhaqqımız saxlanılmaqla məzuniyyətə göndərilməyimiz gənc ailənin rifah halının yaxşılaşmasına səbəb oldu. Cəbhə bölgəsində yaşayan gənc ailə olaraq gördüyünüz bütün tədbirlərə, bizə göstərdiyiniz xüsusi diqqət və qayğıya görə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm. Allah Sizi və ailənizi qorusun!”.

Bakının Yasamal rayonundan Elnur Kərimov: “Möhtərəm cənab Prezident, mən bir vətəndaş, aktyor, Əməkdar artist olaraq ölkəmizin üzləşdiyi pandemiya ilə əlaqədar xalqa göstərdiyiniz diqqətə, vətəndaşların yanında olduğunuzu sübut edən hər bir addımınıza görə Sizə təşəkkür edirəm. Ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunduğu ilk günlərdən Sizin “Biz birlikdə güclüyük!” çağırışınıza qoşularaq evdə qalırıq. Buna baxmayaraq, yaradıcılığımızdan qalmırıq. Vətəndaşlarımıza onlayn tamaşalar, şeir, monoloqlar və hətta beynəlxalq teatrların yaradıcı insanları ilə birlikdə videoçarxlar hazırlamışıq. Evdə qalan insanlara əməkhaqlarının verilməsinə, göstərdiyiniz qayğıya görə bir daha Sizə təşəkkür etmək istəyirəm. Müstəqil Azərbaycanımızın hər bir vətəndaşının sağlam gələcəyi naminə bütün əmrlərinizi yerinə yetirməyə hazıram. Bir ölkə vətəndaşı olaraq hər zaman Sizi dəstəkləyirəm”.

Qax şəhərindən Elmir Həşimli: “Möhtərəm cənab Prezident, bu gün bütün dünyanı cənginə almış koronavirus pandemiyasının (COVID-19) Azərbaycan xalqı üçün yarada biləcəyi ağır nəticələrin qarşısının alınması, Sizin dünya ölkələrinə nümunə olan, zamanında verdiyiniz qərar və tapşırıqlar sayəsində mümkün oldu. Ölkəmizdə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar işsiz vətəndaşlara birdəfəlik ödəmələrin verilməsi, aztəminatlı ailələrə yardımların göstərilməsi, sahibkarlara edilən güzəştlər, tibb işçilərinin sosial təminatının yaxşılaşdırılması, minlərlə işsiz vətəndaşın ictimai işlərə cəlb olunması və bu istiqamətdə atılan digər addımlar Sizin hər bir azərbaycanlının Prezidenti olduğunuzu bir daha sübut etdi. Gənc bir könüllü olaraq Sizin biz gənclərə göstərdiyiniz diqqət və qayğını daim üzərimdə hiss edirəm. Sizin “Biz birlikdə güclüyük!” çağırışına qoşulur və Sizin rəhbərlik etdiyiniz dövlətin vətəndaşı olduğum üçün qürur hissi keçirirəm”.

Ucar rayonundan Mirzağa Soltanov: “Hörmətli Cənab Prezident, koronavirus pandemiyası ilə mübarizədə dünyanın aparıcı dövlətlərinin aciz qaldığı bir vaxtda Azərbaycanda virusun yayılmasına qarşı daha səmərəli mübarizə təşkil olundu. Dövlətimiz Sizin rəhbərliyinizlə kifayət qədər sürətli və çevik tədbirlər həyata keçirdi. Ölkədə sanitar-epidemioloji vəziyyət nəzarət altına alındı, özünütəcridlə bağlı karantin rejimi uğurla tətbiq edildi, digər qabaqlayıcı tədbirlər həyata keçirildi və nəticədə Azərbaycan bu bəladan çox az itki ilə çıxmaq üzrədir. Aztəminatlı ailələrə, işsiz vətəndaşlara, sahibkarlara dövlətin maddi dəstəyi təmin olundu, kommunal ödənişlərə güzəştlər edildi, tələbələrin bir qisminin təhsil haqqı dövlət hesabına ödənildi və bir-sıra digər işlər görüldü. Bütün qeyd olunanlar bir daha göstərdi ki, Siz əsl dövlət başçısı, lider kimi ölkəsini sevən Prezidentsiniz. Bütün bunlar xalqımız tərəfindən yüksək qiymətləndirilir, xalqın Sizə olan inamını daha da artırır. Cənab Prezident, bir daha əmin olun ki, xalqımız həmişəkimi kimi, bu gün də Sizə güvənir, Sizinlə fəxr edir, Sizinlə qürur duyur. Biz Sizinləyik, Sizin arxanızdayıq, Sizi dəstəkləyirik”.

Qəbələ rayonunun sakini Nuriyə Çələbizadə: “Cənab Prezident, dünyada tüğyan edən koronavirusun ölkəmizdə yayılmasının qarşısını almaq məqsədilə gördüyünüz tədbirlər sözlə ifadə olunmayacaq qədər əvəzsiz və təqdirəlayiqdir. Bütün vətəndaşlara ayrı-ayrılıqda diqqət yetirməyiniz bizləri çox sevindirir. Bir müəllim kimi bizə xüsusi diqqət göstərməyiniz, xüsusilə virtual məktəb layihəsi məni və şagirdlərimi çox sevindirdi. Biz dərslərlə davamlı şəkildə məşğul oluruq. Cənab Prezident, Sizə dərin minnətdarlığımı bildirirəm. Belə çətin anlarda vətəndaşlara göstərdiyiniz qayğı və yardım hər bir insanın həyatının Sizin üçün nə qədər dəyərli olduğunu təcəssüm etdirən ən bariz nümunədir. Sizə hər zaman dəstəyik”.

Lənkəran şəhərinin sakinləri Rafiq Ağayev, Əziz Rəhimov və Mahir İbrahimov yazırlar: “Hörmətli cənab Prezident, ürəyimizdən gələn sözləri bildirməklə respublikamızda görülən işlərə, vətəndaşlara göstərilən qayğıya, əhaliyə maddi və mənəvi köməyə görə Sizə minnətdarlıq edirik. Sizin apardığınız düşünülmüş və uzaqgörən siyasətinizi bir vətəndaş kimi hər zaman dəstəkləyirik. Nə yaxşı ki varsınız. Sizin varlığınıza görə hər zaman özümüzü və övladlarımızı təhlükəsiz hiss edirəm. Sizin varlığınıza görə dövlətimizin işıqlı və gözəl gələcəyinə inanırıq. Şəhərimizin sakinləri adından Sizə dərin təşəkkürümüzü bildirir, gələcək işlərinizdə, ölkəmizin inkişafı istiqamətində fəaliyyətinizdə böyük uğurlar arzulayırıq. Allah Sizi, Mehriban xanımı və xalqımızı qorusun. Hər şeyə görə çox sağ olun”.

Kürdəmir rayonundan Rüfət Babaşov: “Möhtərəm cənab Prezident, Siz xalqımızın həm çətin, həm də yaxşı günlərində onun yanında olursunuz. Dünyanı bürüyən pandemiyanın ölkəmizdə yayılmasının qarşısını almaq üçün dərhal qabaqlayıcı tədbirlərin görülməsi barədə tapşırıq və göstərişlər verdiniz. Sərhədlər bağlandı, rayonlarda, o cümlədən Kürdəmirdə dezinfeksiya işləri aparıldı. Xalqımızın sağlamlığını düşünərək “Evdə qal!” çağırışı etdiniz. Cənab Prezident, Siz hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz. Mən Sizinlə fəxr edirəm və Sizə təşəkkürümü bildirirəm. Hər zaman yanımızda olduğunuz kimi, biz də daim Sizin arxanızdayıq”.

Zaqatala rayonunun sakini Gülafət Qurbanova: “Möhtərəm cənab Prezident, dünyanı cənginə alan COVID-19 pandemiyası təəssüf ki, doğma Azərbaycanımızdan da yan keçmədi. Lakin Sizin uzaqgörənliyiniz sayəsində ölkəmizdə bu virusa qarşı mübarizə çox yüksək səviyyədə təşkil edildi, əhalinin qorunması ön plana çəkildi. Dünyanın ağır pandemiya ilə üz-üzə qaldığı, dövlətlərin iqtisadi cəhətdən zəiflədiyi bir vaxtda Sizin Sərəncamınızla əhalinin rifahının daha da yaxşılaşdırılması üçün hazırlanan sosial paketlərdən bütün təbəqələrdən olan insanlar yararlanıb. Cənab Prezident, biz Sizin apardığınız daxili və xarici siyasətinizi tam dəstəkləyirik. Bunun səbəbi isə Sizin Azərbaycan xalqının xoşbəxt, firavan yaşaması, həmçinin sağlamlığımızın qorunması üçün yorulmadan çalışmağınızdır. Belə bir çətin günlərdə xalqın taleyini düşünərək gördüyünüz bütün qabaqlayıcı tədbirlərə görə Sizə sonsuz təşəkkürümü bildirirəm. Möhtərəm cənab Prezident, Sizə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya möhkəm cansağlığı, dövlətimizin davamlı yüksəlişi naminə möhtəşəm fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram. Ulu Tanrı Sizi və xalqımızı qorusun!”.

Cəbrayıl rayonundan Nüsrət Hümbətəliyev: “Əziz Prezidentimiz, vaxtında atdığınız uğurlu addımlar, verdiyiniz qərarlar nəticəsində ölkəmiz pandemiya ilə qətiyyətlə mübarizə aparır. Biz əminik ki, xalqımız məhz Sizin sayənizdə bu çətin günlərin öhdəsindən asanlıqla gələcək. Bu, onu sübut edir ki, güclü və müdrik lider xalq üçün əsas amildir. Sizin xalqa göstərdiyiniz diqqət və qayğı biz vətəndaşların yaxşı yaşamasına və rifahımızın yüksəlməsinə xidmət edir. Hazırda ölkəmizdə özümü təhlükəsizlikdə hiss edirəm və bu, Sizin sayənizdədir. Cənab Prezident, buna görə şəxsən öz adımdan və ailəmin adından Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun!”.

Ağsu rayonunun Qaraqaşlı kəndindən Sübhan Bəşirov: “Möhtərəm cənab Prezident, biz Sizin bütün çıxışlarınızı diqqətlə izləyirik və hər dəfə əmin oluruq ki, daim xalqın yanındasınız, onun halından xəbərdarsınız. Əziz Prezidentimiz, Siz də əmin ola bilərsiniz ki, xalq da Sizin yanınızdadır. Ulu Öndərimiz vaxtilə demişdir: “Azərbaycan dünyaya günəş kimi doğacaq”. Sizin sayənizdə bu kəlmələr həyata keçdi və bu gün həqiqətə çevrildi. Bu gün xalqımız sağlamlığının qorunması ilə bağlı tədbirlərə görə Siz minnətdardır. Koronavirus təhlükəsi olsa da, vətəndaşlarımız sosial sahədə heç bir çətinlik çəkmədi, aztəminatlı ailələr ərzaq yardımları ilə təmin edildi. Bunlar təbii ki, Sizin diqqət və qayğınızın təzahürüdür. Buna görə də xalqımıza göstərdiyiniz qayğıya görə Sizə və Mehriban xanım Əliyevaya sonsuz minnətdarlığımı bildirir, cansağlığı, ailə xoşbəxtliyi arzulayıram. Sizi bizdən, bizi Sizdən heç kim ayıra bilməz”.

Şəki şəhərindən Xatirə Qənbərova: “Əziz Prezidentimiz, dünyanı cənginə alan koronavirusun ölkəmizə zərərinin minimuma endirilməsi üçün görülən tədbirlər Sizin hər bir azərbaycanlının Prezidenti olduğunuzu sübut edir. COVID-19 infeksiyası dünyanın ən qüdrətli dövlətlərində ciddi tələfatlara səbəb olduğu halda, ölkəmizə ciddi ziyan vura bilməməsi bir daha göstərdi ki, Azərbaycanda görülən tədbirlər səmərəlidir. Bu da ölkəmizin əmin əllərdə olduğunu hər bir Azərbaycan vətəndaşına nümayiş etdirir, xalqımızı qürurlandırır. Cənab Prezident, hər bir vətəndaşın qayğısına qalaraq ölkəmizin inkişafı, xalqımızın rifahı üçün yorulmadan çalışdığınız üçün Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Tanrı Sizi, Mehriban xanımı və bütün ailə üzvlərinizi qorusun!”.

İsmayıllı rayonunun sakini Ağasəf Babayev: “Hörmətli cənab Prezident, dünyanı cənginə alan koronavirus pandemiyası ilə mübarizə sahəsində Sizin qətiyyətli addımlarınız bütün vətəndaşlar kimi, məni də qürurlandırdı. Uzun illər boyu bir ittifaqda fəaliyyət göstərən Avropanın aparıcı dövlətlərinin bir-birinə sərhədlərini bağladığı bir vaxtda Siz ümumbəşəri dəyərlərə sadiqliyinizi bir daha göstərərək, Ümumdünya Səhiyyə Təşkilatına, eləcə də bir neçə dövlətə köməyinizi əsirgəmədiniz. Özlərini dünyanın supergücləri hesab edən dövlətlər iqtisadi fəallığı əsas tutaraq sosial təcrid məsələlərinə qarşı çıxdıqları bir vaxtda iqtisadiyyatımızın gündəlik yüz milyonlarla manatlıq itkisinə baxmayaraq, qeyd etdiniz ki, Sizin üçün ən vacib məsələ xalqımızın, vətəndaşlarımızın sağlamlığıdır. Bu, Sizin və Mehriban xanımın biz vətəndaşlara qayğınızın ən yüksək göstəricisidir. Biz bilirik ki, bütün çətinliklərə baxmayaraq, Siz dövlətimizin daxili imkanları hesabına sadə vətəndaşların, sahibkarların maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün bütün vacib göstərişləri verdiyiniz və bir daha sübut etdiniz ki, biz birlikdə güclüyük. Bütün bunlara görə bir daha Sizə dərin təşəkkürümüzü bildiririk. Fürsətdən istifadə edərək müqəddəs Ramazan ayının başlanması münasibətilə Sizi, ailənizi və pandemiya ilə mübarizədə fədakarlıq göstərən komandanızı təbrik edirik. Uca Allah Sizi, doğmalarınızı və ətrafınızda sıx birləşən Azərbaycan xalqını qorusun. Lahıc-Dəmirçi yolunun üzərində yerləşən, qədim tarixi və əsrarəngiz təbiəti ilə seçilən Əhən kəndində Uca Allahın izni ilə Sizin qədəmlərinizə qurban kəsmək diləyi ilə…”.

Ağcabədi rayonundan Fəxri Əsədov: “Möhtərəm cənab Prezident, bütün dünyanı cənginə alan koronovirus bəlasından xalqımızı qorumaq üçün vaxtında verdiyiniz qərarlar və tapşırıqlar bir Azərbaycan vətəndaşı kimi məni çox sevindirdi. Müdrik siyasətiniz və bütün uzaqgörən addımlarınız Azərbaycan ərazisində virusun geniş yayılmasının qarşısını aldı. Sahibkarlara və işsiz vətəndaşlara verilən dəstək proqramları onu göstərir ki, Siz Prezident seçilərkən verdiyiniz sözə sadiq qalaraq hər bir Azərbaycan vətəndaşının yanındasınız. Sizin xalqa xidmətiniz bugünkü və gələcək nəsillər üçün bir nümunədir. Biz Sizinlə qürur duyuruq. Biz birlikdə güclüyük”.

Ağstafa rayonundan Günay Məmmədli: “Hörmətli cənab Prezident, bu məktubu Sizə işlərini daim diqqət mərkəzində saxladığınız bir könüllü kimi yazıram. Dünya dövlətləri arasında gündən-günə nüfuzunu artıran bir ölkənin vətəndaşı olduğumuz üçün Sizə minnətdarıq. Möhtərəm Prezident, hazırda dünyanı ağuşuna alan koronavirus bəlasından bir çox böyük dövlətlərə nisbətən daha az zərər çəkməyimiz Sizin uzaqgörən siyasətinizin, tapşırıqlarınızın nəticəsidir. Xalqımızın sağlamlığının qorunması naminə gördüyünüz işlərə görə bir gənc olaraq Sizinlə qürur duyuram. Son günlər kəndimizin sakinlərinin maddi rifahının təmin olunması üçün Heydər Əliyev Fondu tərəfindən göndərilən yardımlar kənd camaatı tərəfindən böyük sevinclə qarşılandı. Buna görə kənd sakinləri adından Sizə, Mehriban xanım Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkürümü bildirirəm. Əziz Prezidentimiz, Vətənimizin daha xoşbəxt sabahı üçün həyata keçirdiyiniz tədbirləri görür, alqışlayır və gənc könüllülər olaraq Sizin ətrafınızda sıx birləşmişik. Sizə işlərinizdə uğurlar arzulayıram. Allah Sizi qorusun!”.

Masallı rayonundan Amin Rəhimli: “Möhtərəm cənab Prezident, mən Masallı rayon Elşad Ağayev adına Hişkədərə kənd tam orta məktəbin 8-ci sinif şagirdiyəm. Mən Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Respublikamızda COVID-19 pandemiyası digər ölkələrə nisbətən daha az yayılıb. Bu pandemiyanın az yayılmasının səbəbi Sizin qabaqlayıcı tədbirləri vaxtında görməyinizdir. Bu tədbirlər öz nəticəsini göstərir. Bu çevikliyə görə hər bir Azərbaycan vətəndaşı Sizə dərin minnətdarlığını bildirir. Məktəblər bağlı olsa da biz evdə dərslərimizi yerinə yetiririk. Biz şagirdlər məktəbin açılmasını səbirsizliklə gözləyirik. Mən inanıram ki, COVID-19 pandemiyası aradan qalxacaq və Azərbaycan xalqının həyatı əvvəlki axarına qayıdacaqdır. Sizə dərin minnətdarlığımı bildirirəm, mənim əziz Prezidentim. Biz birlikdə güclüyük!”.

Quba rayonundan Faiq Abduləlimov: “Əziz və hörmətli Prezidentimiz, bütün dünyada tüğyan edən, həmçinin ölkəmizdə yayılan koronavirus pandemiyasına qalib gəlmək, həmçinin əhalinin sosial rifahının təmin olunması üçün görülən işləri ürəkdən bəyənirik. Siz Azərbaycanımızın xilaskarı Heydər Əliyevin yolunu davam etdirərək, ölkəmizi daim tərəqqiyə doğru aparırsınız. Sizin uzaqgörən siyasətinizlə ölkəmizdə koronavirusa qarşı uğurla həyata keçirilən qabaqlayıcı və səmərəli tədbirlər nəticəsində tezliklə pandemiya üzərində qələbə qazanacağımıza əminik. Tərəfinizdən imzalanmış sərəncamlar və verdiyiniz xüsusi tapşırıqlar əsasında vaxtında qabaqlayıcı tədbirlərin görülməsi sayəsində ölkəmizdə bu qorxulu pandemiyanın yayılma tempini aşağı salmaq mümkün oldu. Sizin və Birinci vitse-prezident Mehriban xanımın gərgin və yorulmaz fəaliyyətiniz Azərbaycanın daha gözəl, daha qüdrətli olmasına, insanlarımızın daha xoşbəxt və firavan yaşamasına xidmət edir. Vətəndaşların sağlamlığına və sosial rifahına göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə təşəkkür edirik. Sizin əməyiniz qarşısında baş əyirik və əminik ki, xalqımız Sizin bu zəhmətinizi heç vaxt unutmayacaq”.

Beyləqan rayonundan Orxan Quliyev: “Möhtərəm cənab Prezident, hazırda bəşəriyyət koronavirus pandemiyasının yaratdığı problemlərlə, böhranlarla üz-üzə qalmışdır. Pandemiya təhlükəsinin miqyası inkişaf etmiş dövlətlərin düşdüyü dəhşətli vəziyyətdə öz əksini tapmışdır. Belə bir fövqəladə vəziyyətdə verdiyiniz düzgün qərarlar, gördüyünüz qabaqlayıcı tədbirlər, əhalinin sosial rifahının yüksəldilməsi ilə bağlı həyata keçirilən işlər Sizin Azərbaycan xalqı üçün qayğıkeş Lider olmağınızın təzahürüdür. Siz şəxsiyyətindən, yaşından, dinindən və irqindən asılı olmayaraq, hər bir vətəndaşımızın yanında olub, problemlərinin həlli üçün tapşırıqlar vermisiniz. Xarici media orqanlarında Azərbaycanın pandemiya ilə mübarizə modelinin nümunə kimi göstərildiyini, Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun COVID-19-un təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində Sizin siyasətinizi və atdığınız addımları təqdir etdiyini görəndə fəxarət hissi keçirdim. Xalqımızın rifahı üçün göstərdiyiniz xidmətə görə Beyləqan rayonunun gəncləri adından və şəxsən öz adımdan Sizə dərin minnətdarlığımızı bildirirəm”.