Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Prezident Davosda mühüm görüşlər keçirdi

Tarix: 21-01-2020 00:07   
Prezident Davosda mühüm görüşlər keçirdi
Yanvarın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb.

Prezident İlham Əliyev Davosda “VTB Bank”ın prezidenti-idarə heyətinin sədri Andrey Kostinlə görüşüb.

Görüşdə “VTB Bank”ın Azərbaycanda uzun müddət uğurlu fəaliyyət göstərdiyi qeyd olunub. Bildirilib ki, Azərbaycan Dövlət Neft Fondu ilə “VTB Bank” arasında səmərəli əməkdaşlıq davam edir. Prezident İlham Əliyev “VTB Bank”ın Azərbaycan iqtisadiyyatının real sektoruna kredit qoyuluşunun artırılmasını təklif edib. Andrey Kostin təklifə müsbət yanaşdığını bildirib və dövlət başçısını əmin edib ki, “VTB Bank” bu istiqamətdə fəaliyyətini daha da genişləndirəcək.
Söhbət zamanı Azərbaycanla Rusiya arasında bütün sahələrdə olduğu kimi, iqtisadi-ticari sahədə də əlaqələrin uğurla inkişaf etdiyi bildirilib. Ticarət dövriyyəsinin artan istiqamətdə davam etməsinin və daha da sürətləndirilməsinin vacibliyi qeyd olunub.

Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Bundan başqa, dövlət başçısı Davosda “Carlyle Group” şirkətinin həmtəsisçisi Devid Rubinşteynlə də görüşüb.

Görüşdə Devid Rubinşteyn rəhbərlik etdiyi qurumla Azərbaycan Dövlət Neft Fondu arasında əməkdaşlığı yüksək qiymətləndirib və bu əməkdaşlığın gələcək istiqamətləri barədə dövlət başçısına məlumat verib.

Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini, ötən il ölkəmizdə qeyri-neft sənayesinin 14 faiz, kənd təsərrüfatının isə 7 faiz artdığını bildirib.

Söhbət zamanı Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığı qeyd edildi. Ölkəmizlə vəsaitlərin idarə olunması sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan “Carlyle Group” arasında əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulanıb.

Prezident İlham Əliyevin Davosda növbəti görüşü isə “CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru Kelli Kramer arasında olub.

Görüşdə “CISCO” şirkəti ilə Azərbaycanın uzun müddətdir müxtəlif sahələrdə əməkdaşlıq etdiyi bildirilib. Qeyd olunub ki, “CISCO” şirkəti hazırda Azərbaycanda prioritet istiqamətlər üzrə layihələr reallaşdırmaqdadır. Bu layihələrin bir çoxunun ilkin mərhələləri artıq həyata keçirilib.

Prezident İlham Əliyev “CISCO” şirkətinin Azərbaycan üçün önəmli tərəfdaş olduğunu qeyd edib. Dövlət başçısı bildirib ki, bu şirkət üçün Azərbaycanda çox böyük biznes potensialı mövcuddur.

Kelli Kramer Azərbaycanda gedən inkişaf proseslərini yüksək qiymətləndirib və şirkətlə ölkəmiz arasında uğurlu təcrübə mübadiləsinin aparıldığını bildirib. Kelli Kramer qeyd edib ki, Azərbaycan “CISCO” şirkəti üçün regionda ən önəmli ölkədir.