Nyu-Yorkda Azərbaycan və Ermənistanın xarici işlər naziri arasında görüş keçirilib - YENİLƏNİB
Tarix: 24-09-2014 11:51
Azərbaycan Xarici İşlər Nazirliyi Nyu-Yorkda nazir Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan arasında keçirilən görüş barədə açıqlama yayıb. APA-nın xəbərinə görə, açıqlamada bildirilir ki, görüşdə münaqişənin həlli istiqamətində aparılan danışıqlar davam etdirilib: “Prezidentlərin Parisdə keçirilməsi nəzərdə tutulan görüşünə hazırlıq məsələləri müzakirə olunub”.
BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan arasında görüş keçirilib. APA-nın xəbərinə görə, bu barədə Ermənistan XİN-in sözçüsü Tiqran Balayan öz “Twitter” səhifəsində məlumat yayıb. Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edib.
Seçilmişlər
Ən çox oxunanlar