Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

RUHUMUN ŞƏHİD MƏZARINDAKI ƏKSİ

Tarix: 10-04-2023 15:04   

Şəhid məzarları and yerimizdir. Müqəddəs qanları torpağa qarışan şəhidlərimizin cisimlərinin qarışdığı məzar yeri qəlbimizdəki şəhid məzarı ilə eynidir. Hər şəhid məzarını ziyarət edərkən qəlbimdən bir parçanı ziyarət etmiş kimi oluram. Bu ziyarətimin də asan olmayacağını bilirdim.

Mən Qazi ata ilə və Şəhid oğul ilə şəkillərdəki məzar daşlarından doğmalaşmışdım. Mən qəhrəmanlarımın qəhrəmanlıqlarına valeh olmuşdum. İllərlə qəhrəman ata və oğulun məzarını ziyarət etməyi arzu etmişdim. Allah o ziyarətin ilkini mənə ötən il iyul ayında qismət etmişdi. Bir ziyarətlə ürəyim dinclik tapmamışdı. Yenə də arzularımın önündə o məzarları ziyarət etmək dururdu. O arzumun gerçək olduğu gün.
Dilimin əzbəridir Naxçıvan torpağı. Hər qarışı şəhid qədər əziz, şəhid qədər müqəddəsdir. Naxçıvanın demək olar ki, hər qarışını sətirlərimdə vəsf etmişəm. Cəhri torpağını da həmçinin. Mən Cəhri torpağını yetirdiyi qəhrəmanları ilə tanımışam. O torpağa qədəm qoyduğumda sanki ürəyim köksümə sığmırdı. İllər öncə Rasim Məmmədovun şəhid tabutu çıxan qapıdan içəri addım atmaq mənim üçün kəlmələrin izah edə bilməyəcəyi qədər dərin duyğular yaşatdı. Bu evin hər nöqtəsində gözlərim sanki şəhidimi görürdü. Onlarla insan olsa da gözlərimi qapıya dikib sanki Rasimin içəri girəcəyini gözləyirdim. Ancaq acı gerçəklə özümü xəyal dünyasından çıxarmağa çalışırdım. Yeddi il öncə Rasim Məmmədov o qapıdan əbədi olaraq çıxmışdı. Cəhri qəsəbəsində bir təpədə bayraq kölgəsində ucalan iki məzar daşını gördüyümdə xəyal dünyasından ayıldım. Nazilə ananın "Baxın bu iki qəhrəman mənim qürurum və həsrətimdir" sözlərini duydum. Heç bilmirəm o məzarın önündə neçə damla göz yaşı tökdüm. Bircə onu bilirəm ki, bir zamanlar Rasim Məmmədovla eyni məktəbdə təhsil alan hərbçilərə baxdıqca gözlərim yaz yağışı tökdü. Axı bir zamanlar Rasim Məmmədovun da o hərbçilər sırasında idi. İndi şəhidlər sırasında öndə dayanıb. Əlində də bayraq. Həm də Lələtəpəyə sancılan bayraq. Yenə düşüncələrim bu dünyadan ayrılıb Rasimin cənnət dünyasına getmişdi ki, qəfil Azərbaycan Respublikasının Dövlət Himninin sədası ilə yerimdən sıçradım. Himnin hər sətri şəhidlərimizin sevgilərinin, son nəfəslərinin izahı idi. Bir anda gözlərim qara yaylıqlı şəhid analarının gözlərinə sataşdı. Nə yalan deyim mən o anaların gözlərinə baxmaqdan utanıram. O gözlərdən oğul həsrəti boylanır. Heç bilmirəm o anlar necə ötdü. Bircə onu bilirəm ki, məzardan ayrılmaq istəmirdim. Məzar başından ayrılan sonuncu insanlardan biri oldum.
Bir şəhid adının əbədiləşdirilməsinə şahid olmaq məni həddindən ziyadə duyğulandırdı. Məmmədovlar ailəsinin inşa etdirdiyi bulağın açılışına toplanan hər kəsin duyğuları demək olar ki, bənzər idi. Ancaq mənim duyğularım tam ayrı idi. Çünki Qazi Əbdül Məmmədovun, Şəhid Rasim Məmmədovun adları ilə yanaşı mənim sətirlərim də o bulaqda həkk olunmuşdu. "İKİ DAMLA GÖZ YAŞI" şeirimi bulaqda oxuduqca bilmirəm qəlbimə neçə damla yaş axdı. Və müəllif: Manya Səxavətqızı. Görəsən mən bu dəyərə layiq görüləcək nə etdim?
Məzar ziyarətində və bulağın açılışında bir çox insan fikirlərini bölüşdü. Rasim kimi bir oğulu vətənə bəxş edən, Qazi xanımı, Şəhid anası Nazilə Məmmədova, Şəhid qardaşı, Qazi oğlu Şahin Məmmədov, "Qisasçı" ləqəbi ilə tanınan şəhid övladı Asim Məmmədov, Şəhid atası Mayis əmi, Şəhid anaları Rəna ana, Həqiqət ana, Əlahiddə Ümumqoşun Ordunun nümayəndələri, Rasim Məmmədovun silahdaşları, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, Ağdam Rayon İcra Hakimiyyətinin müavini Xəqani Nəzərov, Xanı dayı, qazi Ceyhun Bayramov, şəhidimizin əmisi Süleyman Məmmədov çıxış edərək şəhidlərimiz, qəhrəmanlarımız haqqında, ərsəyə gətirilən işin önəmi barəsində ətraflı danışdılar. Sonuncu çıxışı etmək mənim üzərimə düşdü. Heç bilmirəm o çıxışı necə etdim. Bircə onu bilirəm ki, ruhumla qəhrəmanlarıma sarıldım. Nə qədər yazsam da mən o anları izah edə bilməyəcəyimi düşünürəm.
Mən 5 aprel 2023-cü ildə Rasim Məmmədovun məzarı önündə ürəyimdən bu sözləri keçirdim.
İllərdi adını sətirlərlə oxşadığım şəhidim, bu ildönümündə məzarını oxşamaq nəsibim oldu. Sən mənim dilimin tükənməyən şəhid sözü, qəlbimin tükənməyən vətən sevgisisən şəhidim. Sən olmadığın dünyada hələ də səndən öyrənirik. Vətəni sevməyi, vətən üçün ölməyi öyrənirik müqəddəsim. Məzarın önündə ürəyimin döyüntüsü özümü kar etdikcə sadəcə "Şəhidim ruhumu duy" deyirəm. İkinci dəfə ziyarətində olsam da hələ də qəlbimin, ruhumun səsini sənə çatdıra bilməmişəm. Bizim Şahin qardaşla bu şərəf yolunu birlikdə addımlamağımızın səbəbkarı sən oldun. Biz bu yoldan dönmərik. Bizim andımız sənin vətən andın kimi pozulmazdır Rasim Məmmədov. "VƏTƏN FƏDAİLƏRİ" layihəsi olaraq vətənə fəda olan şəhidlərin adlarını hər zaman yaşadacağıq.
Məmmədovlar ailəsinin ocağından ömrümün sonuna qədər unutmayacağım xatirələr topladım. Duyğunun hər rənginin var olduğu xatirələr.

İKİ DAMLA GÖZ YAŞI
İki məğrur igidin adı qoşa çəkilir,
Həsrət dolu baxışlar məzarlara dikilir.
Gözlərdən iki damla göz yaşı cüt tökülür,
Biri vətən yolunda qazi olan ataya,
Biri ata yolunu davam edən balaya.

Hər döyüşün izi var cüt ucalan məzarda,
Qəhrəmanlar qoymadı vətən torpağın darda.
Vətən keşiyin çəkdi ata, oğul ard-arda,
Məlhəm oldu qanları vətənin yarasına,
Hər ikisi ucaldı şəhidlər dünyasına.

Yaddaşlara həkk olub qazi Əbdülün adı,
Şəhid adı qazanıb onun igid övladı.
Bu xalq öz balasıtək "Rasim" deyib ağladı,
Al bayrağa bürünən cənazəsi nur saçdı,
Vətənə can verənlər vətən qoynunda yatdı.

MANYA SƏXAVƏTQIZI