Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Əsli Kazımova: “Cənab Prezidentin rəhbərliyi ilə ölkəmizdəki mövcud sabitlik və xalqın sosial təminatı Avropadakı vəziyyətlə müqayisə edilməlidir”

Tarix: 02-05-2020 18:20   
Əsli Kazımova: “Cənab Prezidentin rəhbərliyi ilə ölkəmizdəki mövcud sabitlik və xalqın sosial təminatı Avropadakı vəziyyətlə müqayisə edilməlidir”
“Bu gün ölkəmizdə dünya ölkələrində xaotik vəziyyətə səbəb olan koronavirus infeksiyasının yayılmasının gücləndirilmiş şəkildə önləyici tədbirlərlə qarşısının alınması ilə bağlı tədbirlər proqramı, birmənalı olaraq, Cənab Prezidentin güclü və mütəşəkkil daxili siyasətinin bəhrəsidir”.

Bunu Unikal.org-a açıqlamasında Azərbaycan Sosial Rifah Partiyası sədrinin birinci müavini, iqtisad üzrə fəlsəfə doktoru Əsli Kazımova deyib. Onun sözlərinə görə, Cənab Prezident İlham Əliyevin hər bir sərəncamının birbaşa ölkədəki sabitliyin qorunması və xalqın təhlükəsizliyinin təmin olunmasına xidmət edir:
“Dünya ölkələrini görürük. Hətta çox vaxt Avropaya inteqrasiya deyirdik. Yəni, Avropa ölkələrini daha inkişaf etmiş hesab edirdik. Amma koronavirus pandemiyası ilə dünya ölkələrinin ölkədaxili sabitliyin qorunması baxımından heç də güclü siyasi təcrübələrinin olmadığının şahidi olduq. Hətta bir çox Avropa ölkələrində, o cümlədən qardaş Türkiyədə mağazalar bomboş qaldı. İnsanlar panika ilə ərzaq ehtiyyatı etməyə başladı. Bu vəziyyət hazırdada bir çox dövlətlərdə hökm sürür. Amma ölkəmizdə bu kimi vəziyyətin qarşısı alındı. Çünki dövlətimizin daxili sabitliyin qorunması adına güclü siyasi mövqeyi var. İnsanların təhlükəsizliyi adına gərəkli sərəncam və tövsiyyələri ilə 24 saat çalışan dövlət rəhbərimiz var. Ən ağır gündə, dünya ölkələrində xaotik vəziyyət cərəyan edərkən, Azərbaycan Prezidentinin yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncamı hər şeydən öncə Prezident tərəfindən səhiyyə işçilərinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirilməlidir. Bildiyimiz kimi koronavirus kimi təhlükəli virusa qarşıbaşlıca mübarizəni həkimlərimiz və tibb personalımız aparır. Onların belə gərgin şəraitdə fasiləsiz çalışmalarını belə Cənab Prezident diqqətdən kənar qoymadı. Buna görə də, Cənab Prezident İlham Əliyevin yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncamı olduqca mühüm addım kimi dəyərləndirilməlidir.
Tibb işçilərinin can təhlükəsizliyinə rəğmən gərgin şəraitidə fasiləsiz çalışmasına görə, dövlət işçilərin əmək haqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilməsi barədə sərəncamı həm dövlətin misilsiz qayğısı, həm cənab Prezidentin bütövlükdə əhalinin təhlükəsizliyinə həssaslığının bariz nümunəsi kimi, həm də, xəstəliyə qarşı mübarizədə motivasiya xarakderi daşıyan bir addımdır. Hesab edirəm, dünyanı bürüyən Covid -19 pandemiyası dövründə Cənab Prezidentin rəhbərliyi ilə ölkəmizdəki mövcud sabitlik və xalqın sosial təminatı Avropanın ən inkişaf etmiş ölkələrində cərəyan edən xaotik vəziyyətlə müqayisə edilməlidir”.