Ramazanın 5-ci gününün duası, imsak və iftar vaxtı
Tarix: 28-04-2020 23:57
Sabah Ramazan ayının beşinci günüdür.
GÜNpress.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 29-da Bakıda imsak saat 04:03, iftar isə saat 19:48-dədır.
Ramazan ayının 5-ci gününün duası:
"Allahumməc-əlni fihi minəl-müstəğfirin. Vəc-əlni fihi min ibadikəs-salihinəl-qanitin. Vəc-əlni fihi min övliyaikəl-müqərrəbin. Birə-fətikə ya ərhəmər-rahimin".
Tərcüməsi:
"İlahi, bu ayda məni günahlarının bağışlanmasını istəyənlərdən qərar ver, Öz saleh və itaətkar bəndələrindən, Özünə yaxınlaşdırdığın dostlarından et, mehribanlığın xatirinə, ey mərhəmətlilərin Mərhəmətlisi!"
Allah orucunuzu qəbul etsin!
Seçilmişlər
Ən çox oxunanlar