Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

30 il öncəki 20 YANVAR

Tarix: 19-01-2020 10:07   
 30 il öncəki 20 YANVAR
20 YANVAR – Azərbaycan xalqının tarixində həm faciə, həm zəfər günüdür.
Faciəmizdir, çünki yüzlərlə həmvətənimiz şəhid olub, yaralanıb, həbs və təqibə məruz qalıb.
Zəfərimizdir, çünki xalqımızın Şərə qarşı mübarizə əzminin, Zora qarşı müqavimət ruhunun ölməzliyindən – diriliyindən xəbər verir.
O hadisəni törədənlərin bir məqsədi də bu əzmi və ruhu öldürmək idi.
Onlar Azərbaycan xalqının potensialına bizim özümüzdən yaxşı bələd idilər. Hansı irsiyyət, mənəviyyat və mədəniyyətə sahib olduğumuzu, İslam Şərqi üçün yenilik və nümunə sayılası tarixi nailiyyətlərimizi bilirdilər. Odur ki, bizi həmişə başqa xalqlardan artıq incidib və əziblər. 20-ci əsrdə bir neçə dəfə soyqırım, repressiya və deportasiya yaşayan, 20-30 və 40-50-ci illərdə düşünən başları və döyüşən qolları kəsilən bu xalq 80-ci illərdə – yenidənqurma və erməni təcavüzüylə mübarizə dalğasında yenidən yüksəldi: təşkilatlanıb imperiyaya və onun yerli canişinlərinə, xain qonşumuza və onun havadarlarına layiqli müqavimət göstərdi; yetkinlik nümayiş etdirib hamıdan qabaq respublikanın dövlət suverenliyi haqqında qanun qəbul etdi; bəzi beynəlxalq təşkilatlar 89-cu ildə bizi «İLİN XALQI» adlandırdılar. Xalq hərəkatı növbəti parlament seçkilərini udmağa çox yaxın idi. Azərbaycanlılar təkamül yoluyla öz tarixi inkişaflarını təmin edə bilərdilər. Bu isə Moskvanı təəccübləndirir, qıcıqlandırır və cavab tədbiri görməyə sövq edirdi.
Cavab – yanvarın 19-dan 20-ə keçən gecə, bu barədə elan etməmişdən 7 saat qabaq Bakıya ordu və daxili qoşun hissələrini yeritmək, xalqımızın arzu və istəklərini qan içində boğmaq oldu.
Dedilər bu, respublikada Sovet hakimiyyətini bərpa etmək məqsədi ilə edilib, hərçənd o günün tələblərinə cavab verməyən laxlamış hakimiyyəti islah etməyə ehtiyac var idisə, bunu süngülərin köməyi olmadan həyata keçirə bilərdilər.
Dedilər şəhərin erməni və rus əhalisini ekstremistlərdən qorumağa gəliblər, halbuki yanvarın 13-14-də baş verən talanların qarşısını vaxtında almaqdan ötrü heç bir iş görməmişdilər.
Dedilər Xalq Cəbhəsinin strukturlarını dağıtmaq lazım idi, amma dövlət qeydiyyatından keçmiş bu ictimai təşkilat ədalətli xalq etirazlarının qanun çərçivəsində baş verməsi, xaos və zorakılıq dalğasının ram edilməsi üçün çox iş görmüşdü, axı.
Dedikləri yalan və bəhanə idi.
20 yanvar hadisəsi – Sovet hərbi-sənaye maşınının müttəfiq respublikaların mərkəzdənqaçma meyllərinin və Sovet İttifaqının labüd süqutunun qarşısını almaq cəhdi idi.
Milli azadlığa can atan xalqlara dərs vermək iddiası idi.
Dünyanın altıda birinin zəngin resurslarına sahiblənmək istəyən beynəlxalq güclərin xalqın Sovet quruluşuna sonuncu inamını da dəfn edən təxribatı idi.
Bilinən, bilinməz çox məqsəd və maraqlar toqquşurdu bu hadisədə.
Azərbaycan xalqını qurbanlıq seçmişdilər. Osa əliyalın tank qabağına çıxıb şəhid olmağa hazır idi – şəhid qurban deyil!
Təəssüf ki, Qarabağ kimi ümummilli dərd var ikən, düşmən və onun havadarları məlum ikən Azərbaycanın ovaxtkı siyasi rəhbərliyinin başı daxili intriqalara və hakimiyyət davasına qarışmışdı. Təəssüf ki, xalq hərəkatının bəzi liderləri də bu davalara alət olmuşdular, xalqımıza qarşı hazırlanan böyük bir təxribatı anlayacaq və qabaqlayacaq qədər siyasi şüura və iradəyə malik deyildilər.
O ərəfədə Azərbaycan xalqının ümummilli birliyə, ictimai saziş və vətəndaş həmrəyliyinə çox, olduqca çox ehtiyacı var idi.
Xalq o birliyi, misli-bərabəri olmayan yekdilliyi yanvarın 22-də nümayiş etdirdi. On minlərlə imperiya hərbçisinin süngüləri üzərində qərar tutan fövqəladə vəziyyətdən, 2 gün qabaq amansızlıqla aparılan cəza əməliyyatının qanlı nəticələrindən və bunun təkrarlanmaq ehtimalından qorxub çəkinməyərək 2 milyon azərbaycanlı küçələrə çıxdı, meydanlara axışdı və öz şəhid övladlarını onların adına və əməlinə layiq bir şəkildə, böyük bir mədəniyyət və mütəşəkkilliklə dəfn etdi.
Dost da gördü, düşmən də, dost da heyran qaldı, düşmən də: Azərbaycan xalqı sınmayıb, diz çökməyib, ayaq üstədir!
Biz öz faciəmizi zəfərə çevirə bildik – ancaq böyük xalqlar buna qadirdir.
Bir And yeri, müqəddəs bir ünvan qazandıq – Şəhidlər Xiyabanı.
Və cəmi 1il 8 ay sonra tariximizin ən böyük uğurunu əldə etdik – müstəqil Azərbaycan respublikasına sahib olduq. Demək hədər axmayıb şəhid qanları, mübarizəmiz hədər getməyib.
20 yanvar şəhidlərinin başqa bir ülvi arzusunu – ərazi bütövlüyümüzün bərpasını da bir gün elə onların hünərindən ilham alıb təmin edəcəyik!

Seymur Şahbaz-zadə