Aşura günü qan verən 169 şəxsdə virus aşkar edilib
Tarix: 18-09-2019 14:25
Bu il sentyabrın 10-da Aşura günü qanvermə kampaniyası çərçivəsində qan vermiş 169 nəfərdə virus aşkar olunub.
Bu barədə Səhiyyə Nazirliyindən bildiriblər.
«HİV1/2 (İİV – İnsanda İmmunçatışmazlığı Virusu) virusu aşkarlanmayıb. 44 nəfərdə hepatit B, 76 nəfərdə hepatit C, 49 nəfərdə isə sifilis aşkar olunub. Virus aşkar olunan nümunələr istifadədən kənarlaşdırılıb və müvafiq qaydalara uyğun olaraq zərərsizləşdirilib», – nazirliyin məlumatında bildirilir.
Hicri 1441-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2019-cu il sentyabrın 1-nə, Aşura günü isə sentyabrın 10-na təsadüf edir.
Aşura günü ilə əlaqədar Azərbaycanda bir neçə illərdir ki, könüllü qanvermə kampaniyası keçirilir. Səhiyyə Nazirliyinin məlumatına görə, bu il bu aksiyalarda 5809 nəfər iştirak edib. Bu şəxslərdən 2 min 614.1 litr qan tədarük olunub.
Seçilmişlər
Ən çox oxunanlar