Apellyasiya Şurası Katibliyinin tərkibini təsdiqləndi - Təhsil naziri əmr verdi - Siyahı
Tarix: 08-05-2019 12:10
Təhsil Nazirliyi Apellyasiya Şurası Katibliyinin yeni tərkibi təsdiq edilib.
GÜNpress.az xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramovun imzaladığı müvafiq əmrlə Apellyasiya Şurasının Katibliyi aşağıdakı tərkibdə təsdiqlənib:
Billurə Hacızadə - İnformasiya şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi (rəhbər);
Nigar Hacıyeva - İnsan resursları şöbəsinin Təhsil müəssisələri ilə iş sektorunun baş məsləhətçisi (üzv);
Həcər Hacıyeva - İnformasiya şöbəsinin Vətəndaşların müraciətlərinə baxılması sektorunun aparıcı məsləhətçisi (üzv).
Əmrin icrasına nəzarət Apellyasiya Şurasının sədri, nazir müavini Firudin Qurbanova həvalə edilib.
Seçilmişlər
Ən çox oxunanlar