Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdə "Azərbaycan şəhərciyi" təşkil olunacaq

Tarix: 17-09-2014 23:12   
Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdə "Azərbaycan şəhərciyi" təşkil olunacaq
Heydər Əliyev Fondu tərəfindən Parisin San Sülpis (Saint Sulpice) meydanında "Azərbaycan şəhərciyi" təşkil olunacaq. Sentyabrın 19-dan 28-dək “Azərbaycan şəhərciyi”ndə ölkəmizin tarix və mədəniyyətinin, turizm imkanlarının tərənnümünə həsr olunan müxtəlif sərgilər keçiriləcək.

Fonddan verilən məlumata görə, “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri”, “Nizami Gəncəvi” və “Fransa Azərbaycan rəssamlarının gözü ilə” sərgilərində Azərbaycanın qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatlar, o cümlədən misgərlik məmulatları, şəbəkələr, Azərbaycan milli geyimləri, milli musiqi alətləri, Azərbaycan xalçaları təqdim olunacaq.

Burada Azərbaycanın 12-ci əsrdə yaşamış dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığına dair materiallar, həmin dövrə aid arxeoloji tapıntılar - pul sikkələri, zərgərlik nümunələri, məişət əşyaları, orta əsrlərdə Azərbaycan rəssamlarının çəkdikləri miniatürlərin reproduksiyaları, miniatürlərin əks olunduğu çini qablar, “Xəmsə”yə daxil olan poemaların süjetləri əsasında işlənən xalça və batiklər sərgilənəcək.

“Azərbaycan şəhərciyi”ndə milli mətbəximizi tərənnüm edən köşklər də qurulacaq. Müxtəlif şirkətlərə (“Azersun Holding” MMC, “Gilan Holding” MMC, “AzGranata” MMC, “AzNar” QSC, “Caspian Coast Winery & Vineyards”, “Fireland Vineyards”, “Aspi Winery”, “Şərur-3” MMC, “Sirab” ASC, “Gəmiqaya Holdinq”, “Gədəbəy”, AzPromo, “Azər-İlmə” MMC) aid köşklərdə milli şirniyyatlar, içkilər, xalq sənətkarlıq nümunələri və s. sərgilənəcək.

“Azərbaycan şəhərciyi”ndə, həmçinin “Bakı 2015” Birinci Avropa Oyunlarına hazırlıqların təqdimatı keçiriləcək, “Azərbaycana səyahət” turizm sərgisi vasitəsilə ölkəmizlə daha da yaxından tanışlıq imkanı yaradılacaq.

Şəhərcikdə Heydər Əliyev Fondunun müxtəlif sahələri əhatə edən nəşrləri də təqdim olunacaq.

10 gün davam edəcək sərgi-yarmarkada Azərbaycanın incəsənət ustaları şəhər sakinləri və turistləri müxtəlif konsert proqramları ilə salamlayacaq. Dövlət Rəqs Ansamblı, “Natiq” ritm qrupu, Dövlət Xalq Çalğı Alətləri Ansamblı, Qədim Musiqi Alətləri Ansamblı və digər musiqi kollektivlərinin ifasında Azərbaycanın klassik, caz və muğam sənəti təqdim ediləcək, kəndirbaz və pəhləvanların çıxışı olacaq.

Qeyd edək ki, tədbirlər ərəfəsində Paris küçələri Azərbaycana aid afişalarla bəzədilib.