Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Bu gün, 13:11

Bu gün, 13:09

Bu gün, 13:07

Bu gün, 13:05

Bu gün, 13:03

Bu gün, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

23-05-2024, 17:06

18-05-2024, 20:26

18-05-2024, 20:23

18-05-2024, 20:20

18-05-2024, 20:16

16-05-2024, 20:13

15-05-2024, 19:45

15-05-2024, 10:47

SINAQ – HEKAYƏ

Tarix: 17-05-2020 16:00   
SINAQ
Mühacirətdə olanlar yaxşı bilir. Yad şəhərdə, yad mühitdə, işdə və ya başqa haradasa doğma dildə danışıq eşitmək qəfildən tunelin sonunda yanan işıq effekti verir.

Tibb universitetini bitirdikdən sonra, ilk həkimlik və mühacirət təcrübəmi bu “qaş - qabaqlı” Sibir şəhərində yaşamalı oldum. Tədricən kollektivə, ətraf mühitə alışdım. Dostlar və müvəqqəti də olsa, düşmənlər qazandım. Vaxtaşırı kriminal yaralanmalarla xəstələrimiz olurdu. Adına xəstəlik tarixçəsi belə açılmağını “istəməyən” kriminallar və Orqanların , daxil olan hər bir xəstə barədə dərhal rəsmi məlumat vermə tələbi daim konfliktə düşməyimizə səbəb olurdu. Bəzən də adi insanlar almış olduqları xəsarətlər barədə rəsmi məlumat verməməyimizi xahiş edirdilər.

Toyuna dəvət aldığım aranlı həmyerlimlə də tanışlığımız belə bir şəraitdə, avtomobil qəzasında yaralanmış qohumunu mənim növbəmdə xəstəxanaya gətirməsi ilə başlamışdı. Sonralar, dəfələrlə tam təmənnasız, bu gözəl qəlbli insanlara müxtəlif vəziyyətlərdə yardım eləmiş, beləcə, aramızda isti münasibətlər yaranmışdı.

Həmin gecə qatara biletim var idi. Qatarla bir sutkalıq məsafədə yerləşən başqa bir şəhərə mühüm iş görüşməsinə gedəcəkdim. Çantamı hazırlayıb biletimi də götürüb evdən çıxdım. Bu yad şəhərdə həmyerlilərimin çevrəsində axşamı xoş keçirib yola çıxmaq fikri ilə toya gəldim.

Qonaqlar arasında elə də çox tanışım olmadığından, bir azdan sıxıldım. Ayağa qalxıb Bəyə başımla işarə elədim və zaldan çıxdım. Bir neçə dəqiqə sonra Bəy də foyeyə çıxdı. Foyenin digər başından bəyə tərəf yaxınlaşanda, üz-üzə gəldiyim, düz gözlərimə baxan yekəpər oğlana instinktiv olaraq salam verdim. Oğlan salamımı almadan üzümə baxıb keçdi. Onu unudub Bəyə yaxınlaşdım. Qucaqlayıb təbrik elədim. Etirazına baxmayaraq hədiyyəmi pencəyinin cibinə qoydum. Biz görüşün təbrik qismini təzəcə bitirmişdik ki, bayaqkı Yekəpər bizə yaxınlaşdı. Bəylə əl gorüşüb yanımızda dayandı. Bəy: “Doktor,tanışolun, qaynımdır.” ,

“Doktor da bizim əziz qardaşımızdır” – deyərək bizi biri-birimizə təqdim elədi.

Yaranmış sükutu pozub dedim :

- Mən bayaq sizə salam verdim.

- Bilirəm, özüm almadım salamını.

Əsəbimi boğub: - Bilmək olar , niyə ?

- Dedim ki, istəmədim ! Voobşe nə borzu-borzu baxırsan ? - deyib bütün gövdəsilə üstümə gəlməyə başladı. Bu sərxoş , aqressiv adam məni vurmaq istəyirdi. Üzümə doğru yönələn zərbədən yayınaraq , məndən bir baş hündür olan Yekəpər qayının çənəsinə var gücümlə yumruq vurdum. Qəfil zərbədən geriyə səndələyən rəqibimin üstünə şığıdığım an məni arxadan tutdular. Tutanlar , foyedə olan qız evi adamlarından bir neçə nəfəri idi. Bu adamlar , zərbədən indi özünə gələn Yekəpərin başçılığı ilə məni yerə yıxıb təpikləməyə başladılar. Bəy və oğlan evinin digər kişiləri davanı gec də olsa, sakitləşdirə bildilər. Ayaqyolunun aynasında əl-üzümü yudum. Üst- başımı səliqəyə salıb vağzala getdim...

Həmin gündən illər keçib. Ogecəki davanın bircə detalı yaddaşıma həkk olunub. Onlar məni təpikləyəndə , üzümü əllərəmlə qoruyaraq döşəməyə sıxıb - “Bircə üzümə vurmasınlar , üzümdə “sinyak” və başqa zərbə izi olmasın” - düşüncəsi ilə Allaha yalvarmağım , zərbələrin ağrısını belə hiss etdirməmişdi.

Sabahgedəcəyim iş görüşməsi mənim üçün çox mühüm idi. Həmin şəhərin poliklinikasının baş həkiminin qabağına “döyülmüş bandit qafqazlı” obrazında çıxmağım hər şeyi alt- üst edə bilərdi. Ayaqyolunun aynasında diqqətlə qarayanız üzümdə zərbə izləri axtaranda da , qatarda bu haqda düşünəndə də Allaha , bu qədər zərbədən sonra üzümdə heç bir ləkə olmadığına sonsuz təşəkkürlər edirdim.

Baş həkimin yanına özümdən 10 yaş kiçik qardaşımın həkimlik təcrübəsinə başlaması üçün xahişə gedirdim.

Qardaşımın işə başlaması , öz həyatını qurması , bizi min bir əziyyətlə oxutmuş zəhmətkeş valideynlərim adına da çox əhəmiyyətli idi.

Ğörüş baş tutdu. Dostlarımın təqdimatı və baş həkimlə səmimi söhbətimin nəticəsi olaraq qardaşım həmin poliklinikada stomatoloq kimi işə başladı. Müvəffəqiyyətin verdiyi məmnunluq hissindən başqa , içimdə Şükürlə qarışıq bir İftixar hissi var idi.

Ağır zərbələr altında üzümü əllərimin arasına alıb döşəməyə sıxanda , vücüdüma bircə fikir hakim idi :” İlahi , kaş ki , üzümə dəyməsin. Yoxsa qardaşımın işi düzəlməz !!!”

Mən , qeyri - bərabər davada özümü fikirləşmək , cavab zərbələri endirməyə çalışmaq əvəzinə , qardaşıma görə üzümü qorumağı seçmişdim...

Bu hadisə mənim heç vaxt unutmayacağım , şəxsiyyətimdə dərin iz buraxacaq qardaşlıq sınağım idi ...

Davud Əli