Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
17-12-2024, 11:26

17-12-2024, 11:05

17-12-2024, 11:03

3-12-2024, 22:33

19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

İlham Əliyevin çörəyinin duzu

Tarix: 08-05-2020 13:11   
İlham Əliyevin çörəyinin duzu
Mahir QABİLOĞLU

Məni oxuyanlara bu başlıq tanış gəldi. “Heydər Əliyevin çörəyinin duzu” adlı bir yazım yadlarına düşdü. Orda mən Prezident təqaüdünə layiq görülən insanlarla bağı xatirələrimi vermişdim. Adlarını çəkmədən – ad və familiyalarının baş hərfini verməklə. Açıqlamağın yeridir: MD – Xalq şairi Mirvarid Dilbazi, MA – Xalq artisti Muxtar Avşarov, VŞ – Xalq artisti Vera Şiire, digər adını çəkməyib, nəzərdə tutduğum tanınmış insanlar isə diktor, xalq artisti Sabir Ələsgərov, qocaman jurnalist Mülatif Adurovdur. Ədəbi dildə danışsaq, onlar tipik obrazdırlar.

Heydər Əliyevin çörəyinin duzunu dadanlardan biri də mənəm. Onun atama hədiyyə etdiyi yeganə hədiyyə – üçotaqlı mənzildə yaşayıram. Həmin məqalə Heydər Əliyevin 10 ildə bəxş etdiyi çörəyinin duzu barədə kiçik, yüzdə bir, bəlkə də mində bir miqyasda yazı idi. Bu yazıda adı keçənlər və daha nə qədər insan Heydər Əliyevin çörəyinin duzunu daddılar, bu gün də dadırlar.

Ataların bir məsəli var: “Çörəyi dizi üstündə olanlar”. Açması da budur ki, kimə yaxşılıq edirsən, bunu qanmır. Şadlığına şıllaq atır. Şıllaq atmaq isə eşşəyə xasdır. Atı bu məsələyə qatmayın. At təpik atar. Şadlığından yox – qızanda. Dəvə isə tüpürür. O da şadlığından yox, kinli olduğundan. Ona edilən pislikləri yığıb-yığıb sonda sahibinə tərəf tüpürür.

Yazımın qəhrəmanı İlham Əliyevin – Prezident İlham Əliyevin 17 illik prezidentlik dövrünə nəzər salsaq bunu deyə bilərəm ki, İlham Əliyevin çörəyinin duzu yoxdur. Yox. Başqa cürə başa düşməyin. İlham Əliyev çörəkverən insandır. Sadəcə çörəyi çörəkçiyə verərlər. O da çörəkçiyə verir. Çörəkçinin isə hansının həqiqi, hansının yalançı olmasının üzə çıxması uzun müddət tələb edir. Əsl çörəkçi ona çatan çörəyi ehtiyacı olanlarla bölüşəcək, quruyub bayat olmasın deyə süfrəyə bükəcək, lap qurusa belə suxarı düzəldib səhər yeməyində şirinçayla içəcək. Bütün günü də şükür deyəcək. Belələri var.

Yalançı çörəkçi isə ona çatan çörəyi gizlədəcək, hətta bu çörəyin azlığından gileylənəcək də. Ona yenə çörək verəcəklər. O bundan da narazı qalacaq. Yenə azdır deyəcək. Nə özü yeyəcək, nə də ehtiyacı olanlara paylayacaq. Çörək də bayatlaşacaq, sonra üzərini kif basacaq. Kif göbələkləri artacaq, müxtəlif rənglər alacaq. Qıraqdan çox gözəl bir mənzərə yaranacaq. Yaxından baxanda isə... Quru çörəyə belə ehtiyacı olanların yaxına gəlməsinə sipər çəkəcək.

Görəsən Azərbaycanda nə qədər belə kiflənmiş çörək var? Kimlərinsə layiq görüldüyü və əhaliyə çatacaq bu çörəklər imarətlərə, saysız-hesabsız obyektlərə, xaricdəki banklara yatırılıb. Bu gün Azərbaycan bu gündədir. Qaymaq qazanın dibinə enib, üzünü kif tutub. Sadəcə kifi sivirib, qaymağı üzə qaldırmaq lazımdır. Prezidentimiz indi məhz bununla məşğuldur.

MOLLA NƏSRƏDDİN VƏ OĞLU

Molla Nəsrəddin görür ki, meyvə bağına adamlar və inək girib. Tez oğluna deyir:

- A bala, get adamları qov. Heyvanda isə işin olmasın.

- Elə niyə? – deyə oğlu soruşur.

- A bala, inək yeyib, doyub özü gedəcək. Oğrularsa insandır. Yeyəcəklər də, üstəlik gedəndə uşaqları, qohum-qonşuları üçün də yığıb aparacaqlar.


Çox klassik bir lətifədir. Bu gün heç kim özünü düşünmür. Camaatı dərd alıb ki, görəsən nəvə-nəticəmə bir şey qoyub gedə biləcəyəmmi? Özü yemir. Yığır, yığır, yığır, yenə də yığır. Soruşsan bir misalı hamısı bilir: “Yedin dadındır, verdin adındır, qaldı yadındır”. Yeni bir atalar sözü meydana gəlib. Müəllifi özüməm. “Azərbaycanlı ölüsünün qiyməti o dünyaya apardığı iki metrəlik kəfənlə yox, bu dünyada nəvə-nəticələri üçün nələr qoyub-getdiyiylə ölçülür”. Çox dərinə getdim. Zamanı qabaqladım. Qayıdaq lap əvvələ.

HEYDƏR ƏLİYEV VƏ AİLƏSİ

Mən həmişə Heydər Əliyevin müasiri olmağımla fəxr etmişəm. 10 yaşımdan onu şəxsən tanımışam. Atam şair Qabilə Dövlət Mükafatı təqdim olunanda mən də o zalda, o yüksək səviyyəli dövlət tədbirindəydim. Yanımda oturanlar, ətrafımdakılar o dövrün qaymaqlarıydı. İstər vəzifə, istər də şəxsiyyət baxımdan. Heydər Əliyev təqdim edəndən sonra atam mükafatı mənə verdi. Sevinirdim. Sanki oyuncaq almışdı atam mənə. Anlamırdım bu mükafatın yüksəkliyini. Siyasi Maarif Evinin tarixində bəlkə də ən azyaşlı iştirakçılardan yeganəsi mən idim. Bu mükafatın qiyməti 2500 rubl idi. Sonralar anladım ki, atama hər çıxan kitaba görə verilən qonorarına da müsbət təsiri var bu mükafatın. Əgər əvvəllər bir misraya görə 1 rubl 50 kopeek alırdısa, indi bu məbləğ 25 kopeek artıb. Bir kitabda isə 7 min, 10 min misra şeir, poema olurdu. Xalq şairlərinin qonorarı isə hər misraya 2 rubl təşkil edirdi. Bu gün isə Xalq şairi və Xalq yazıçısı fəxri adının qiyməti vur-tut aya 150 manatdır. Lap istəyir “İstiqlal”, “Şöhrət”, “Şərəf” ordeni al. Bu, sadəcə – quruca ordendir.

O vaxt Azərbaycanda hamı öz rəhbərini – Heydər Əliyevi yaxşı tanıyırdı. Amma ailəsini çox da yaxşı tanımırdıq. Bu sovetin qanunlarından biri idi. Məhz 1985-ci ildə Zərifə xanım Əliyevanın vəfatı gününün mərkəzi televiziyada elan olunması, vida mərasiminin göstərilməsi, Heydər Əliyevin hönkürtüsünü, göz yaşlarını görəndən sonra bu ailənin birinci nişanəsindən gec də olsa geniş ictimaiyyət xəbər tutdu. İlham Əliyevi isə mən ilk dəfə millət vəkili kimi tanıdım. Bir telejurnalist kimi onun Qaradağ rayonunda gördüyü işləri işıqlandıranda. Başçılıq etdiyi fondun adı indi də yadımdadır – “Qaradağ rayonunun sosial-iqtisadi inkişafına yardım fondu”.

DİZƏCƏN PALÇIQDA

AzTV-də işləyirdim. 1997-ci il idi. Rayon müxbirlərindən birini – Allahverdi Əsədovu qayğılı, fikirli gördüm. Səbəbini soruşdum.

- Mahir, çadır şəhərciyindəydim. Mikrofonu qaçqınlara, məcburi köçkünlərə uzadıram, soruşuram ki, nə probleminiz var, istədiyiniz nədir? Deyin, işıqlandırım. Yuxarıda da eşitsinlər. Cavab verirlər ki, Allah bizim ömrümüzdən kəssin Heydər Əliyevin ömrünə calasın.

- Burda nə var ki? Bizə bu cür müsahibə lazım deyil ki?

- Yox e... Mahir, başa düşürsən? Bu adamlar dizəcən palçığın içində, ağır vəziyyətdədirlər. Doğma evlərini, ocaqlarını itiriblər. Televizora baxanlar elə başa düşəcəklər ki, bu sözü onlara mən dedirdirəm. Amma elə deyil axı.

- Mən sənə inanıram.

- Mahir, məni dəhşətə gətirən odur ki, dizəcən palçığın içində dayanıb müsahibə verirlər. Amma yenə də Heydər Əliyevə alqış deyirlər. Məni heyrətləndirən bu inamdır. Böyük şəxsiyyətdir Heydər Əliyev.

İLHAM ƏLİYEVİN DÖVRÜ

İşdəyəm. Maaş günüdür. Məktəbdə oxuyan uşağı olan, ərindən boşanmış, işçimizin giley-güzarı aləmi götürüb.

- Bu beş şirvanla bir ay nə edim? Harama çatacaq bu beş şirvan?

Bir az keçir. Maaş giley-güzarı yaddan çıxır. Söhbəti bu dəfə mən salıram:

- Ay qız, bu toylar da adamı lap yıxıb-sürüyüb.

- Demə-demə. Ay Mahir, bu ay dörd toya getmişəm. Hamısı da qohum toyu. Azından da gərək 10 şirvan salasan. (o vaxt toyxanalarda yerin biri 5 şirvan, indiki pulla desək 10 manat.) Lap sökülmüşəm. Gələn ay da iki toya çağırıblar.

- Demə, demə. Mən də sənin günündə. Norka şuban da mübarək.

- Xoşuna gəldi? Kreditə götürdüm. “Qretsiya”dan (Yunanıstan) gətirib bir işçimiz. Aya 40 şirvan (90 dollar) – kreditlə verirəm.

- Ay qız, 5 şirvan maaş alırsan, aya da azı-azı 80 şirvan xərcləyirsən. Hələ mən kommunalı, yemək-içmək xərclərini demirəm. Belə çıxır ki, pis-pis yollara düşmüsən?

- Aaaaa, Allah eləməsin. Qardaşım kömək edir, özüm də evdə dərzilik edirəm, kimin yazı-pozusu olur makinada yazıram.

Qadın işçimizin birdən yadına yarım saat əvvəl maaşının azlığıdan şikayətlənməsi düşür. Qızarır. Susur. Axı Azərbaycanda çörək yalnız maaşla ölçülmür.

10 İL SÖYƏNLƏR, SONRA YEYƏNLƏR

“X” günü (İks günü). Məşhur ifadədir. Əvvəlcə başa düşmürdüm. Sonra izah etdilər ki, bu hərf altında ifadəni o dövrdə Heydər Əliyevin ölüm gününü gözləyənlər icad ediblər. Hər bir canlının sonu ölümdür. Bu hamıya məlumdur. Amma bizim müxalifət mübarizə aparıb, aparıb, aparıb... amma Heydər Əliyevə qalib gələ bilməyib. Çarə yalnız onun ölümünü gözləməyə qalır ki, bəlkə ondan sonra hakimiyyəti ələ alalar. Bu, müxalifətyönlü qəzetlərin manşet başlıqları idi. Bəzən də hoqqa çıxarırdılar. Məsələn, böyük hərflərlə iki sözü verir, ortasına isə lap kiçik hərflərələ başqa bir sözü salırdılar. Bax beləcə: “HEYDƏR ƏLİYEV mifi ÖLDÜ”. Uzaqdan baxanda isə “Heydər Əliyev öldü” oxunurdu. Bu mənim uydurmam deyil. Bu, müstəqillik dövr mətbuatımızın qara tarixidir.

O vaxt AzTV-də belələrinə radikal müxalifət deyirdik. Mənim ağlıma da gəlməzdi ki, bu müxalifətçilər nə vaxtsa düz yola qayıdacaq, Heydər Əliyevin ölümündən sonra, məhz “X” günündən sonra ƏLİYEVÇİ yox, məhz İlham Əliyevçi olacaqlar. İlham Əliyevin çörəyinin üzərində kifə, balaca göbələklərə çevrilib artacaqlar. Ev, pul, maşın, vəzifə, deputat mandatı yiyələrinə çevriləcəklər. Başqaları bir dəfə təzim edəndə, onlar üç dəfə təzim edəcəklər – təzim etmədikləri günlərin əvəzini çıxmaq və göbələk kimi daha da artmaq üçün. Bu azmış kimi bu çörəkdən dadmaq istəyən köhnə Əliyevçiləri pisikdirəcəklər. İfşa olunanda isə öz paltarlarını çıxarıb onlara geyindirəcəklər, adlarını “müxalifətçi” çağıracaqlar. “Adımı sənə qoyum, səni yana-yana qoyum” deyəcəklər. Deməyəcəklər ki, islah olunduq, müxalifətçidən iqtidar nümayəndəsinə çevrildik. Çünki islah olunmaq “türemşik”ə (türmədə yatana) aid olunan sözdür. Özlərinə bəraət qazandırıb “düz yola, haqq yoluna qayıtdıq, tövbə etdik” söyləyəcəklər. “Adam da bu cür hökuməti söyər? Biz başa düşməmişik. Heyf havayı itirdiyimiz 10 ildən. Bilsəydik elə əvvəldən Əliyevləri öyərdik” deyəcəklər. Belələrinə nə ad qoyaq? Allah Çingiz Aytmatova rəhmət eləsin. MANQURT sözü lap yerinə düşür. Bəs Manqurtdan sədaqət, vəfa, etibar gözləmək olarmı? Çörəyi necə, bu cür simasızlara, şəxsiyyətsizlərə verərlərmi? Yox, səhv etdim. Qulağımın dibində Abdulla Şaiq ola-ola Çingiz Aytmatov yaradıcılığına müraciət etdim. “Tülkü həccə gedir”. Bax bu, əsl qiymətdir. Yox. Bəlkə də qoyun dərisi geyinmiş canavarlar. Çünki çoxusu bioqrafiyasında müxalif düşərgəsində çalışdıqlarını yazmırlar. Gizlədirlər. Yəqin ki, ürəklərindəki qara toxum hələ də ölməyib. Yox, “əhliləşmiş” desəm daha doğru olar. Əldən yemək yeyib, dil-dil ötən dilləri girib... Birdən yemək qurtarsa necə? Hə??????

SİÇOVULLAR

“Batan gəmini birinci siçovullar tərk edir”. Bu bir məsəldır. “Gəmini sonuncu kapitan tərk edər”. Bu da bu məsəlın sonudur. Siçovuldur, ilandır.. bunlar qızıla həris heyvanlar sayılaraq alleqoriyada bir rəmz sayılırlar. Bütün dövrlərdə iqtisadi bir böhran gözlənəndə, bunu birinci varlılar hiss edirlər. O saat var-dövlətlərini satıb, satdıqlarını da xarici valyutaya dəyişib yaşadıqları, çörəyini yedikləri, suyunu içdikləri ölkədən çıxarıb, qaçırlar. 1920-ci ildə də belə olub. Sonra isə başlayıblar gözləməyə. Cəlil Məmmədquluzadənin məşhur hekayəsinin diliylə desək “Bəlkə də qaytardılar”. Axı cəmiyyətdə tutduqları yağlı möqelərini, vəzifələrini, mülklərini, bağlarını bellərinə şələləyib apara bilməyiblər. Amma indinin bəzi müasir “siçovulları” xeyli püxtələşiblər. 2014-cü ilin sonunda xeyli mülklərini “əridə bildilər”. Ya da bizneslərini xaricə köçürtdülər. Bu azmış kimi üstəlik banklarımızı da müflis vəziyyətə saldılar. Ən təhlükəlisi isə illər boyu banklara və manata qazanılan inamı sıfra endirdilər.

Bu barədə rəsmi statistika var. Amma bir qanun da var ki, rəsmi statistikanın doğru olmasını bilmək istəyirsənsə onu 10-a vur. Yox. Deyəsən zəmanə dəyişib. 100-ə vursaq daha doğru olar. Proqnozlar isə özünü doğrultmadı. Gəmi batdımı? Yox. Nə olsun ki? Eşitdiyimə görə siçovullar suda da yaxşı üzməyi bacarırlarmış.

Siçovullar bir şeydə yanlışlığa yol verdilər. Proqnozu dünya iqtisadi böhranına, iqtisadi qanunlarına uyğun müəyyənləşdirdilər. Azərbaycanın isə özünün özəl iqtisadi qanunları var. Bu ölkə həmişə yağlı əppək olub, yağlı əppək olaraq da qalacaq. Sadəcə çörəyi siçovullara və əfi ilanlara verməzlər.

MƏNİM KİMİLƏRDƏ 11 NÖMRƏDİR

Heydər Əliyevin canlı yayımda xalqı Prezident Sarayının qarşısına çağırması hamınızın yadındadır. Mən də ordaydım. Bu gün də (Allah eləməsin) belə çağırış olsa qaçaraq gələrəm. Mən gələcəm. Özü də piyada gələcəm. Loru dildə desək 11 nömrəylə. Amma aeroport yolunda böyük probka yaranacaq. Görəsən mənim kimi sərçələr Azərbaycanda nə qədərdir? ÇOX. Bəs qaranquşlar? Çörəyi isə qaranquşa yox, sərçəyə verərlər. Qarğalar da yaman çoxalıb axır vaxtlar.

İT VƏ TULA

Hürən it tutmaz. Bu məsəldir. Alleqorik bir misaldır. Əgər bunu zəmanəyə aid edirəmsə, belə çıxır ki, biədəb məsəldir. Bəlkə də təhqir sayıla bilər. Hürən itdən qorxmazlar.

“İt hürər, karvan keçər” deyib atalar. Dövləti rahat idarə etmək istəyirsənsə hürən iti gərək zəncirdə saxlayasan. Zənciri də əlində. Hərdən də süfrəndən artıq-urtuq götürüb qabağına atırsan yeyir. Başı qarışır. Bir müddət hürmür. Sonra yenə də hürməyə başlayır. Zənciri gəmirəndə yenə yemək verirsən, susur. İt niyə axı? Çağa da ağlayanda deyirlər ki, acıb. Və ya “ağlamayan uşağa süd verməzlər” misalı da var. Və ya “Ağlayanın payı çox düşər”.

İtlə dost da ola bilərsən. Amma o biri əlində çomaq olmalıdır. Hürmək itə aid xüsusiyyətdir. Və çox təbii xüsusiyyətdir. Amma danışana, boş-boş, yaxud da lap düzünə danışana el dilində “hürən” deyirlər. Ataların məsəli də məhz belələri üçün nəzərdə tutulub. Ölkədə “hürən” yoxdursa, bu çox təhlükəli haldır. Deməli marığa yatıblar. Hər an hücum etməyə hazırdırlar. “Hürməyən it tutar”. Bu, çox qorxuludur. Vay onda ki, it hürən yox, tula ola. Ayağına yatır, ayaqqabını yalayır. Təpiyi qoyub rədd edəndə isə başlayırlar kənarda özünə yiyə, yağlı tikə axtarmağa. Və başlayırlar əsl, əzəli yiyələrinə qarşı hürməyə. Hürən itləri tanıyırıq. Allah bizi hürməyən, ancaq zingildəyən, fürsət gözləyib qapmağa hazır olan tulalardan qorusun.

HACI ZEYNALABDİN TAĞIYEVİN CAVABI

“Kişinin malı göz qabağında olar”. Xoşum gəlir bu məsəldən. Pul deyilən şey, mənim cibimdə olandır. Çünki hər an xərclənə bilər. Günlərin bir günü Hacı Zeynalabdin Tağıyevə yaxınlaşıb həyəcanla deyirlər:

- Hacı, filan erməni şəhərin filan yerində mülk tikdirir, o biri teatr, bu birisi dəyirman.

- Qoy tikdirsin. Belinə alıb özüylə aparmayacaq ki? Burda qalacaq. Bizə qalacaq, – deyə Hacı təmkinlə cavab verir.

Heyf bu qədər villaya yatırılan milyonlardan. O qədər də diri pulu öldürərlər?

1993-cü il

1993-cü il idi. 1992-ci ildə yüz minlərlə insanı ətrafına toplayıb Milli Məclisə yürüş edən və hakimiyyəti ələ alan Xalq Cəbhəsi, bir ildən sonra ağır duruma düşmüşdü. Heydər Əliyevin hakimiyyətə qayıdış addımlarının səsi gəlirdi. Evdən çıxıb Ali Sovetə tərəf getməyə başladım. Parlament binasının qabağındakı dairədə 300-ə yaxın cəbhəçi toplaşmışdı. Beş-altı nəfər isə xüsusi canfəşanlıq göstərirdi. Dairəyə yaxınlaşanlara “Siz bizdənsiniz? Bizdənsinizsə keçin dairədə dayanın. Qoy sayımız çox görsənsin”. Baxdım sifətlərinə. Düzü pis oldum. Xalqın inamını itirmişdilər. Şadlıqlarına təpik atmışdılar. Bəziləri də (lap biri Surət Hüseynov) qızıb onlara elə təpik vurmuşdu ki, xalq yadlarına düşmüşdü. Xalq isə dəvəydi. Kini üzə çıxmışdı. Boğazına bıçaq dirəmişdilər. Sadəcə tüpürürdü. O vaxt o bıçağı xalqın boğazından Heydər Əliyev götürə bildi. Şıllaq atanları da yerində otuzdurdu. Ən başlıcası isə xalqın inamını özünə qaytardı. Lazım olanda bir çağırışına milyonlar Prezident Aparatının qabağına yığışdı. Bu tarixi sınaqdan Heydər Əliyev üzüağ çıxdı. Əlbəttə ki, yalnız xalqına arxalanaraq.

Belə bir yazım var: “Çünki Heydər Əliyevin oğludur”. Əminəm. İlham Əliyev həm atası, həm də ustadı kimi bütün çətin zamanlarda tarixin sınaqlardan üzüağ çıxacaq. Əlbəttə ki, xalq onun arxasında olmaq şərtiylə. Şıllaq atanlar, təpik atanlar isə bütün dövrlərdə olub. Qorxusu yoxdur. Onların xüsusi iynəsi var. Vurursan qurtarır. Bircə dəvə tüpürməsin.