Aygünlə bağlı daha bir şok iddia: onu qadın taciri ilə nə bağlayır?- Video
Tarix: 15-10-2014 15:16
ANS-in aparıcısı Aytən Səfərova Türkiyədəki fahişəxana mövzusunda dünən efirdə dediklərinə görə xalq artisti Aygün Kazımovadan üzr istəyib. Aparıcı məsuliyyəti başqalarının üzərinə ataraq informasiyanın qeyri-dəqiq şəkildə yayılmasından dolayı belə bir xətaya yol verdiyini bildirib.
Dünən A.Kazımovanın özü də mətbuata verdiyi açıqlamada ANS-in aparıcısının istinad etdiyi xəbərlərin köhnə olduğunu və orada söhbətin modelyer Ramazzo Romadan getdiyini deyib.
Yaxşı, tutalım Aygün Kazımovanın Türkiyədəki evində hər hansı fahişəxana fəaliyyət göstərmir. Amma sual olunur, səni - Azərbaycanın xalq artistini qadın alverçisi ilə bağlayan nədir? Sizi birləşdirən hansı dəyərlərdir? Aranızda hansı ayrılmaz tellər var ki, Türkiyəyə gedən kimi qaçırsan həmin adamın yanına? Onunla çəkdirdiyin şəkillərdəki “stoykalar” nə vaxtdan ciddi iş görüşməsindən xəbər verən əlamət kimi qəbul olunur?... Zənnimizcə, xalq artisti bu və bu kimi bir çox suallara da cavab verməlidir.
Diqqət edirsinizsə, A.Kazımova Ramazzonun əməlləri və ona qarşı yönəlmiş “fahişəxana şefi” ittihamlarınən nə dərəcədə əsaslı olub-olmaması barədə danışmır. Əslində onun yaxın, özü də çox yaxın dostu kimi, qısaca da olsa deməlidir ki, deyilənlər həqiqətdir ya yox. A.Kazımova ancaq özünü ittihamlardan qorumağa çalışır və elə təsəvvür yaratmağa çalışır ki, Ramazzo barədə deyilənlər onu qətiyyən narahat etmir. Əslində isə üzərində bir balaca məsuliyyət hiss edən adam yaxın münasibətlərdə olduğu bi nəfər barədə deyilən, yazılan ağır ittihamlara hansısa formada reaksiya verməlidir. Ya deməlidir ki, mən onu tanımamışam, bilməmişəm ki, belə işlərlə məşğul olur, ya da həmin adamı müdafiə etməlidir. Lakin A.Kazımovanın vəziyyəti bu iki versiyadan heç birilə uyuşmur. O mənada ki, xalq artisti Ramazzo barəsində Türkiyə mətbuatında yazılanlardan sonra da onunla əlaqələri kəsməyib, əksinə, əlaqələri daha da genişləndirərərək “Rixos”da birgə istirahət edəcək qədər mehribanlaşıb. A.Kazımova Ramazzo ilə İstanbulun bahalı əyləncə mərkəzlərində çəkdirdiyi şəkilləri ölkə mətbuatına yayanda da həmin adamın qadın alverilə məşğul olduğu barədə iddialardan, polisin keçirdiyi əməliyyatdan xəbərdar idi.Türkiyə mətbuatından oxumamış deyildi ki, Ramazzo qadın alverilə məşğul olan gizli bir şəbəkənin üzvü kimi təqdim olunur. Niyə əlaqələrə son qoymurdu? Azərbaycanın xalq artisti adı daşıyan bir adamın “fahşəxana şefi” damğası ilə gəzən birinin yanında nə işi ola bilər axı? Türkiyə modelyer sarıdan korluq çəkir? Sən özün modelsən? Bu yaşdan sonra podiuma çıxacaqsan?..
Yaxşı, özünü qoyaq bir kənara. Axı sən anasan, həddi-buluğa təzəcə çatmış qızını pis təsirlərdən qorumalısan. Bəlkə izah edəsən, İlqarənin Ramazzonun yanında nə işi var? Onları bir-birilə nə bağlayır? Dostluqdusa və sən həmin Ramazzonun “təmizliyinə” adın qədər əminsənsə çıx, müdafiə elə. Ya da qızını qoru, imkan vermə ki, QADIN ALVERİ kimi iyrənc bir əməldə ittiham olunan adam ona yaxın düşsün!
Sözsüz ki, A.Kazımova bir-iki “xalaxətri” açıqlamlarla ona tuşlanmış şübhələrdən uzaq dura bilməz. Bir daha təkrar edirik ki, onun evinin fahişəxana kimi fəaliyyət göstərməsi barədə deyilənlərin yalan olduğuna şübhə etmək istəmirik. Lakin xalq artisti hansı səbəbdən Ramazzo Roma ilə yaxınlıq etdiyini açıqlamalı və daha tutarlı arqumentlər səsləndirməlidir. Axı onun özü də belə bir deyimi eşitməmiş deyil: Dostunu göstər deyim sən kimsən...
Yeri gəlmişkən, onu da qeyd edək ki, ANS-in efirində adı çəkilmiş stilist Anar Ağakişiyev də mətbuata verdiyi açıqlamada ancaq özündən danışıb, “Krasavçik Anar” başqa adam olduğunu iddia edib və bununa da çalışıb ki, ittihamları mümkün qədər özündən uzaqlaşdırsın. Halbu ki, Ramazzo onun da dostudur və onlar uzun illər birgə çalışıblar. Lakin A.Ağakişiyev də dostu barədə deyilənlərə hər hansı reaksiya verməyib. İnanmaq istəmirik ki, bəzilərinin “Şəbəkə” barədə dediyi həqiqətdir. Hansı şəbəkə?.. Bu barədə başqa yazıda söhbət açacağıq. Hələliksə diqqətinizə videomaterial təqdim edirik. Star Tv-nin xəbərlər proqarmında Aygün Kazımovanın dostunun saxlanıldığı əməliyyatdan bəhs olunub.
Seçilmişlər
Ən çox oxunanlar