Müsavat rəhbərliyi BŞPİ-yə çağırıldı
Tarix: 12-12-2014 23:25
Müsavat Partiyasının rəhbərliyinə daxil olan şəxslər, başqan müavinləri Elman Fəttah, Səxavət Soltanlı və Divan üzvü Razim Əmiraslanlı 13 dekabr saat 16:30-a BŞPİ-də çagırılıb.
“Gunpress.az” musavat.com-a istinadən xəbər verir ki, Müsavat Partiyası Beynəlxalq İnsan haqqları günü ilə əlaqədar Azərbaycandakı siyasi məhbuslara azadlıq tələbi ilə 14 dekabr saat 15:00-da "Məhsul" stadionunda mitinq keçirəcək. Mitinq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb. Mitinqin təhlükəsizliyi BŞPİ-nin üzərindədir.
Partiya rəhbərliyindən verilən rəyə görə, güman ki, BŞPİ Müsavat rəhbərliyi ilə mitinqin təhlükəsizliyi məsələlərini müzakirə edəcək.
Seçilmişlər
Ən çox oxunanlar