Eldəniz Quliyev Milli Şuradan istefa verdi
Tarix: 14-05-2020 23:17
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev üzvlükdən istefa verib.
Bu barədə o, Facebook səhifəsində yazıb:
"Təəssüf hissi ilə qeyd edirəm ki, bu andan etibarən Milli Şurayla yollarımız ayrılır və bu səbəbdən MŞ-dan istefa verirəm".
Xatırladaq ki, dünən Milli Şuranın Koordinasiya Mərkəzinin "Zoom"la keçirilən iclasında işlədilən ifadələr və videonun həmin hissəsinin sosial şəbəkədə paylaşılması qalmaqala səbəb olmuşdu. Keçmiş deputat Gültəkin Hacıbəyli, videoda xaricdə yaşayan jurnalist İsmayıl Cəlilovu hədəf alaraq, cinsi azlıq nümayəndələrini sərt şəkildə təhqir etmiş, Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclis sədri Rafiq Manaflı isə qeyri-etik ifadələr işləmişdi.
Seçilmişlər
Ən çox oxunanlar